2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Paşayevlər və Vikiliks: Kəmaləddin Heydərovun Vüsal Novruzovu qovmasını kimlər tələb edir? – Sensasiya

Azərbaycanda struktur islahatları gömrük sisteminə çatmaqdadır. Anaxeber.az-ın əldə etdiyi məlumata görə, Bakı Baş Gömrük İdarəsi ilə Dövlət Gömrük Komitəsi vahid bir quruma çevrilə bilər.

Hər iki gömrük xidmətinin birləşdirilməsi nəzərdən keçirilir. BBGİ rəisi, general-mayor Vüsal Novruzovla DGK rəisi Aydın Əliyevin vahid gömrük mərkəzinə rəhbərlik üstündə nüfuz savaşının alovlandığı xəbər verilir.

Gömrük içində gömrük quran dövlət məmurlarının kompromat müharibəsindən hansı generalın qalib çıxacağını proqnozlaşdırmaq çətin olsa da, V.Novruzovun gömrük sisteminin ağsaqqalı olan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yanında etimadını itirdiyi iddia edilir.
Bir vaxtlar güvəndiyi kadr indi gözünün düşməninə çevrilib. Tezliklə yaranacaq yeni gömrük idarəçiliyi də məhz V.Novruzovu uzaqlaşdırmaq üçün əlverişli fürsətdir.

Saytların yığılması Saytlarin yigilmasi

K.Heydərov Naxçıvan qruplaşmasındakı bəzi kadrları gömrük sistemindən kənarlaşdırmaq məcburiyyətindədir. Çünki dünənə kimi idarəçilik naxçıvanlı generallarda olsa da, nəzarət Paşayevlərdə idi.

Son təyinatlardan sonra Bakı klanının daha da güclənməsi və gömrük sistemində nəinki nəzarəti, idarəçiliyi də üzərinə götürməsi FHN şefi qarşısında ciddi bir öhdəlik qoyub.

Anaxeber.az-ın əldə etdiyi məlumata görə, yeni gömrük mərkəzində idarəçiliyə modern və Paşayevlər klanına yaxın kadrların yerləşdirilməsi nəzərdə tutulub.

Hazırda gömrük generallarının aldığı diplom və bitirdiyi universitetlərin qara qəpik nüfuzu yoxdur. V.Novruzov başda olmaqla bəzi generallar var ki, onların çıxışını dinləyəndə artıq hansı təcrübə səviyyəsi olduğu üzə çıxır.

Paşayevlər isə vəzifələrə xarici təhsilli, nüfuzlu ali məktəbləri bitirmiş, bir nemə dil bilən kadrları yerləşdirməyin tərəfdarıdır. Bu kontekstdə V.Novruzovun və bir neçə generalın gedəcəyi gözləniləndir.

K.Heydərovun gömrüyün baş meneceri kimi tələb olunan kadr islahatlarına getmək məsuliyyəti var. DGK sədrinin bu prosesdə ələnəcəyi isə qeyri-müəyyəndir.

Aydın Əliyev özü də Kəmaləddin Heydərovun kadrı olduğunu gizlətməyib. Onun ABŞ-ın ölkəmizdə səfiri olmuş Enn Dersilə söhbətinin məzmunu bunu əyani sübut edir.

Xatırladaq ki, Amerikanın yüz minlərlə məxfi diplomatik teleqramlarını ələ keçirərək yayan «Wiki Leaks» saytının ortaya çıxardığı həmin söhbətin bir-sıra maraq doğuran tərəfləri var.

Birinisi, Aydın Əliyev ABŞ səfiri ilə söhbətində hakimiyyətdaxili qruplaşmalar arasında mübarizənin getdiyini etiraf edir.
İkincisi, maliyyə naziri Samir Şərifovun İlham Əliyevin yeni iqtisadi komandasına daxil olduğu, onun isə Kəmaləddin Heydərovla münasibətlərinin isti olmadığı açıqlanır. Üçüncüsü, təmsil ediyi qurumun «ən çox korrupsiyalaşmış struktur kimi tanındığını» etiraf edir.

Anaxeber.az-ın əldə etdiyi məlumata görə, V.Novruzov təlaş içindədir və A.Əliyevin bu prosesdən təmiz çıxmasından qorxur. Gömrük generalı komitə sədrinə kompromat savaşında uduzsa, yeni yaranacaq gömrük mərkəzinə A.Əliyev rəhbər gətirilə bilər.
Ardınca bir neçə Bakı klanında kadr təyinatı ola bilər. Naxçıvanlı generallar isə sistemdən uzaqlaşdırıla bilər ki, bütün bunlar hələlik FHN şefinin kurasiyasındadır.

V.Novruzov isə K.Heydərov önündə itirdiyi etimadını bərpa etməyə çalışır ki, onu Paşayevlərin tələbi ilə bağlı prosesdən qoruya bilsin. A.Əliyevlə bərabər V.Novruzov gömrük içində gömrük yaradıb, nazirdən belə gizli şəkildə milyonlar mənimsəyə bilir.
Adi bir misal: Vüsal Novruzov sement gətirmək istəyən biznesmenlərə açıq şəkildə deyir ki, ölkəyə sementi yalnız özü gətirə bilər, başqa şəxslərin sement idxalı qadağandır. Ölkəyə gətirilən sementin markasına və keyfiyyətinə rəyi Fövqəladə Hallar Nazirliyinin tabeçiliyində olan institut verir.

S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu verir. İnstitutun direktoru Rüstəm Bağırov sement idxalı ilə məşğul olmaq istəyənləri bu fikrə düşdüyünə görə sözün həqiqi mənasında peşman edir.

Anaxeber.az xəbər verir ki, ümumiyyətlə, Azərbaycan gömrükçüləri milyardların büdcədən gizlədilməsi işində mahirdir.
Onlar şəxsi ciblərə axan vəsaitin həcminin artırılması üçün ən müxtəlif metodlar fikirləşiblər, bu sahədə təkmilləşdirmələr aparıblar. Gömrükdə hazırda idxal-ixrac statistikasının saxtalaşdırılmasında əsasən iki formadan istifadə olunur.

Birincisi, «sövdələşmə» olduqdan sonra ya gətirilən məhsulun həcmi azaldılır, yaxud da onların dəyəri idxal olunan ölkədəki dəyərdən daha aşağı göstərilir ki, vergidən yayınma imkanları olsun. Və büdcədən gizlədilən məbləğ, nağd şəkildə sahibkardan alınır.
İkincisi, gətirilən mallar ümumiyyətlə qeydiyyata alınmır. Gömrükdə qurulan rüşvət sistemi yalnız sahibkarlara deyil, eləcə də dövlət büdcəsinə, ölkənin iqtisadi inkişafına ciddi zərbə vurur.

Məsələ ondadır ki, sahibkarlardan rüşvət alan gömrükçülər idxal və ixrac olunan malların böyük hissəsini qeydiyyatdan yayındırırlar ki, bu da dövlət büdcəsinə bu sahədən daxil olan gəlirlərin artmasına imkan vermir. Bundan sonra gömrük sistemində inqilabi dəyişikliklər gözlənilir…

AnaXeber.Az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button