2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Paşazadələrin şərikinə 9 il həbs cəzası verildi

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və qardaşı, deputat Cavanşir Paşazadənin ailə üzvləriylə biznes ortağı olan Müğdət Həşimova 9 il həbs cəzası verilib. Aprelin 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində Novruz Kərimovun sədrlik etdiyi hakimlər kollegiyası onun haqqında hökm çıxarıb. Paşazadələrin şəriki CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 179-cu (mənimsəmə) maddələrilə təqsirli bilinib. M.Həşimova qarşı vergidən yayınma ittihamına isə xitam verilib.

M.Həşimov 2015-ci ilin avqustunda Paşazadələrlə şərikli klinikadan (Medi Sina) 193 min manatlıq avadanlığın çatışmazlığına görə suçlanaraq həbs edilib.

Saytların yığılması Saytlarin yigilmasi

«DEMİŞDİLƏR Kİ, KLİNİKANI BOŞALTMASAM…»

Hökm elan olunmamışdan əvvəl son sözünü deyən M.Həşimov 1 il 7 aydan çoxdur qanunsuz həbsdə saxlanıldığını bildirib. Haqqındakı beş cildlik cinayət işinin başdan-ayağa şər-böhtan olduğunu söyləyən Həşimovun sözlərinə görə, ondan şantajla klinikanı boşaltmağı tələb ediblər. Amma o boşaltmayıb, üç ay danışıqlar aparıb: «Mənə demişdilər ki, klinikanı boşaltmasam, həbs elətdirəcəklər».

Bu cinayət işində zərərçəkən qismində Paşazadələrin yaxın adamı, «Hacı Mazan» kimi tanınan Ramazan Zeynalovdur. M.Həşimov isə hesab edir ki, onun zərərçəkən statusunda tanınması absurddur: «Banklara olan kredit borcunu mən ödəyirdim. Ramazan Zeynalov məni otağına çağırdı, əlini Qurana basdı ki, klinika bərpa olunacaq, 11 günə işə başlayacağam, bu haqda Cavanşir Paşazadə ilə danışıb. Amma 11 gündən sonra məni həbs elədilər. Burada dövlət ittihamçısının çıxışından xeyli əvvəl Hacı Mazan məclislərin birində deyib ki, prokuror Müğdətə 11 il iş istəyəcək. Bu da işin sifarişlə icra olunmasının göstəricisidir».

Təqsirləndirilən deyir ki, klinikadan avadanlıqları daşıyıb aparması haqda ittihamda yazılanlar da yalandır: «Necə olur, iki həftə ərzində oradan avadanlıqları maşınlara yükləyib aparırıq, Hacı Mazan bunları görmür? Bizim orada rentgen aparatımız var. Məhkəmə qərarı var ki, o aparatı götürək, amma qərarın icrasına imkan vermirlər. Rentgen aparatını götürməyə gedənləri qovurlar».

«100 ADAMI İŞSİZ QOYDULAR»

M.Həşimov olanlarla əlaqədar C.Paşazadəyə məktub göndərib, amma dediyinə görə, məktub açılmamış özünə qaytarılıb: «Həm məni, həm də biznesimi məhv elədilər. Klinikadan evinə çörək aparan 100-ə yaxın şəxsi işsiz qoydular».

M.Həşimov son sözündə bir neçə il əvvəl «Medi Sina» klinikasında dünyasını dəyişmiş ədəbi tənqidçi Elnarə Tofiqqızının ölümünə də toxunub. Deyib ki, həmin hadisədə onların heç bir günahı yox idi, cərrahı xəstənin yaxınları seçmişdi: «O hadisədə bizim klinikada yalnız əməliyyat otağı icarəyə verilmişdi».

Sifarişlə həbs olunduğunu vurğulayan M.Həşimov çıxışının sonunda məhkəmədən onun haqqında bəraət hökmü çıxarılmasını istəyib. «Əgər mənə bəraət verməyi bacarmasaz, o zaman ömürlük cəza verin», – son sözünü belə bitirib.

Qısa fasilədən sonra hakimlər M.Həşimovun 9 il azadlıqdan məhrum edilməsi haqda hökmü elan edib.

XATIRLATMA

Müğdət Həşimov Paşazadələrlə 2012-ci il dekabrın 6-da rəsmi qaydada «Birgə fəaliyyət haqqında» müqavilə imzalayıb. Müqavilə şərtlərinə görə, Allahşükür Paşazadənin həyat yoldaşı və oğlu, Cavanşir Paşazadənin qızı və kürəkəni onunla iş birliyində olublar. Yenə razılaşmaya əsasən, təsisçilər «Bank VTB»dən 700 min manat götürüb M.Həşimova veriblər. Həmin pulun banka qaytarılması 2018-ci ilədək Həşimovun öhdəliyində olub. Həşimov klinikadan qazandığı pulla həmin borcu ödəməliydi. Kredit ödənişi başa çatandan sonra isə əldə olunan qazanc Paşazadələrlə bölünəcəkdi.

Məhkəmədə prokuror M.Həşimova 11 il həbs verilməsini təklif edərkən, Ramazan Zeynalov nümayəndəsi vasitəsilə ona daha ağır – 15 il cəza verilməsini istəmişdi. (azadliq.org)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button