Paşinyan: 2018-ci ildən Qarabağ məsələsinin yalnız bir çıxış yolu var idi…


Ermənistanın baş nazir Nikol Paşinyan Facebook-dakı yazısında 2018-ci ildən etibarən Qarabağ məsələsinin çıxılmaz vəziyyətdə qaldığını yazıb. O, bunun üçün yalnız bir çıxış yolu olduğu deyir – ərazilərin qeyd-şərtsiz təslim olması, özü də Azərbaycanın yeni tələblər irəli sürməyəcəyinə zəmanət olmadan.

Onun sözlərinə görə, bu yeni tələblər kontekstində müharibə ehtimalı yenidən artmaqda idi.

“…hələ 2011-ci ildə Ermənistan 7 bölgəni köçürməyi öz üzərinə götürdü…”

Paşinyana görə, geri qayıtmaq və suala cavab vermək çox məqbul olardı: belə olmaması  üçün fərqli nə etmək olardı? 

“Beləliklə, erməni tərəfi 2011-ci ildə Kazanda ən yüksək səviyyədə və açıq şəkildə bildirib ki, Ermənistan Qarabağın ortalıq statusu və statusu ilə bağlı yenidən bir referendum əvəzində  7 bölgəni köçürməyə hazır idi, lakin Azərbaycan yeni tələblər irəli sürərək razılaşmadı. İnternetdə bunu təstiqləyən vir video mövcuddur. Yəni, hələ 2011-ci ildə Ermənistan 7 bölgəni köçürməyi öz üzərinə götürdü, bu barədə bir öhdəlik imzalamağa hazır idi, lakin Azərbaycan yeni tələblər irəli sürdü. Azərbaycan nə tələb etməli idi? Məsələn, Qarabağın statusu məsələsi tamamilə gündəmdən çıxarılmalı, Laçın dəhlizi xüsusi statusa malik olmamalıdır. Yeri gəlmişkən, Şuşa məsələsi, bu yeni tələblərdə deyil, çünki bu məsələ 2007-ci ildə erməni tərəfinin danışıqlar üçün əsas kimi qəbul etdiyi Madrid prinsipləri ilə də həll olunur. O, sənəddə dəqiq şəkildə bildirilir ki, Dağlıq Qarabağ əhalisinin sayı 1988-ci ilə nisbətdə olmalıdır. 

Paşinyan belə vəziyyətin 2011-ci ildən davam etdiyini  və  2013-cü ildən bəri isə Azərbaycanın hərbi vəziyyətə üstünlük verdiyini vurğulayır. 

Alternativlər

Baş naziri belə bir vəziyyətdə onun irəli sürəcəyi alternativ hərəkətlərin nələrdən ibarət ola biləcəyini sadlayır:

“Xalqa müraciət etmək və demək ki, əziz vətəndaşlar, vəziyyət belədir, ya Qarabağa status əldə etmədən  7 bölgəni köçürməliyik, ya da müharibə. Əhali nə deyə bilərdi? Onlar deməli idilər ki,  “yox” biz ayağa qalxırıq və öz vətənimizi müdafiə edirik.  Bununla da müharibə başlayardı və deyilərdi ki, Ermənistan müharibəni başladı. Əgər mən ərazilərin təslim olunmasını təkid etsəydim, adamlar deyəcəkdilər ki, “Paşinyan satdı” və yenə də bütün hallarda müharibə başlayacaqdı.”

Nikol Paşinyan daha müxtəlif təkliflərin irəli sürülməsinin mümkünlüyünə toxunur və deyir ki, onda da o, yenə “satqın” adlandırılacaqdı.

“İstənilən mərhələdə, o cümlədən Türkiyə-Azərbaycan hərbi təlimləri zamanı, gedib türklərə [azərbaycanlılara] desəydim ki, məsələni müharibəsiz həll edək, onda onlar ərazilərin təslim olması üçün konkret cədvəl tələb edəcəkdilər. Əgər mən bunu imzalasaydım deyiləcəkdi ki, “Nikol satqındır”, əgər imzalmayacaqdımsa onda yenə müharibə başlayacaqdı”

İndi çoxları mənə deyir ki, gərək dostlarımızla daha yaxından işləyəydik. Bəs dostların məsələnin həllinə fərqli baxışı olduğunu kim söylədi? İndi bu vizyonun yuxarıda göstərilənlə tamamilə üst-üstə düşməsi açıq deyilmi? ”

Baş nazir sual verir: nə etdik?

Baş nazir sual verir: nə etdik? Sonra özü cavab verir. “Mümkün qədər müharibəyə hazırlaşdıq. İndi yaxşı hazırlaşmadığımız məlum oldu. Bəs nəyə pis hazırlaşmışıq? İyul döyüşləri göstərdi ki, Azərbaycanla mübarizəyə yaxşı hazırlaşmışdıq. Türkiyə, muzdlular, bu daha sonra müzakirə ediləsi başqa bir məsələdir”

“Müharibəni daha əvvəl dayandırsaydım…”

Paşiniyan müharibəni dayandıracağı halda yenə də nəticənin dəyişməyəcəyi qənaətinə gəir. 

“Müharibəni daha əvvəl dayandırsaydım, müharibənin dayandırılmasının qiyməti yenə əvvəlki kimi olacaqdı: 7 rayonun təslim olunması. Əgər Şuşanın itkisi və Xankəndinin üzərində asılan ölüm təhlükəsi nəzərə alınarsa, 3 rayonun təslim olması xəyanətdirsə, onda 7 rayonun nisbətən yaxşı şərtlərlə təslim olunması necə, xəyanət olmayacaqdı?

“İndi biz nə edə bilərik?”

İndi biz nə edə bilərik? Biz vəziyyəti gərginləşdirmək yox, tədricən stabilləşdirməliyik. İndi əsas məsələ əsirlər, itkin düşənlər, gizlənib qala bilənlərlə bağlı məsələni mümkün qədər tez bir zamanda həll etməliyik.

“Gəlin məsələyə qarşı tərəfin gözü ilə baxaq”

Gəlin məsələyə qarşı tərəfin gözü ilə baxaq. Onlar hesab edirlər ki, vəziyyətin uzanması Ermənistanın daxilində gərginliyi artması və hətta qaşıdurmaın olmasına gətiib çıxaracaq. Xırd hadisələr bunu deməyə əsas verir” deyə Paşinyan vurğulayıb.

“Mübarizə aparaq, özü də lap güclü, amma…”

Nikol Paşinyan əsgər yaxınların da müraciət müraciət edib. 

 “Əzizlərim, bu şəraitdə əsir və itkin düşənlərin məsələsinin həllini sürətləndirəcəklərmi? Əlbəttə yox. Əksinə, onlar bu məsələni istədikləri qədər uzadacaqlar, əllərini ovuşdurub ölkəmizin daxilində hansı yeni fəlakətlərə gətirib çıxaracağını gözləcəyəklər. Siz onda olduqca doğru sual verəcəksiniz: bəs nə edək, mübarizə aparmayaq? Gəlin mübarizə aparaq, özü də lap güclü, amma bir-birimizə qarşı yox, məsələnin həlli üçün…”

Paşinyan bütün günahkarların üzə çıxarılacağını və cəzalandırılacağını deyir. 

Sentyabrın 27-də başlayan müharibə

Sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

 

24saat.org

Mənbə – azadliq.org

Müzakirə mövzusu - post

SON XƏBƏRLƏR

Kateqoriyalar