Siyasət

Paşinyan ATƏT-in Minsk Qrupunun fransalı həmsədri ilə görüşüb

Bakı/14.09.21 Sentyabrın 13-də Yerevanda baş nazir Nikol Paşinyan ilə ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Stefan Viskontinin görüşü olub. Ermənistan hökumətinin məlumatında deyilir ki, “həmsöhbətlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə ediblər və bu kontekstdə ATƏT-in Minsk Qrupu həmsədrliyinin fəaliyyətinin əhəmiyyətini vurğulayıblar”.

Qeyd edək ki, bir gün öncə Fransanın Ermənistandakı səfiri postunu tərk edən Conatan Lakot “Azadlıq” radiosuna müsahibəsində deyib ki, Fransa müdafiə sahəsində əməkdaşlıqla bağlı Ermənistanın müraciətini nəzərdən keçirməyə hazırdır.

“Ümumilikdə, bizim rolumuz gələcək müharibəyə hazırlıqdan ibarət deyil. Bizim rolumuz yeni münaqişədən qaçmaqdan və regionda problemli məsələləri birdəfəlik həll etməyə imkan verəcək siyasi prosesi müşayiət etməkdən  ibarətdir”, – səfir vurğulayıb.

Hazırda sülhü möhkəmləndirmək və ATƏT-in Minsk Qrupunun himayəsi altında Ermənistanla Azərbaycan arasında siyasi prosesə başlamaq lazımdır. -02D-

 

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button