2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Paşinyan: “Azərbaycan Qarabağ ermənilərinin evlərini kütləvi tərk etməsini gözləyir”

Yayımlandı: 26 Yanvar 2023 17:11

Baş nazir Azərbaycanı erməniləri kütləvi deportasiya etməkdə günahlandırır

“Bakının planı belədir: Dağlıq Qarabağdakı iqtisadi və psixoloji təzyiqi müəyyən kulminasiya nöqtəsinə çatdırmaq. Sonra bir neçə gün dəhlizi açmaq, Dağlıq Qarabağ ermənilərinin kütləvi şəkildə evlərini tərk etmələrini gözləmək. Ardınca dəhlizi yenidən bağlayıb, sonra onu bir neçə günlük açıb sonuncu erməni Dağlıq Qarabağı tərk edənə qədər belə davam etmək…”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu yanvarın 26-da Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında səsləndirib.

Baş nazirin sözlərinə görə, əgər indiyə qədər beynəlxalq ictimaiyyət Dağlıq Qarabağda ermənilərin etnik təmizlənməsi ilə bağlı narahatlıqlara şübhə ilə yanaşırdısa, indi bu təsəvvür beynəlxalq aləmdə yavaş-yavaş, lakin davamlı şəkildə güclənir.

Paşinyan əlavə edib ki, Dağlıq Qarabağ ermənilərinin öz yurd-yuvalarından deportasiyası Azərbaycanın yeganə məqsədi deyil:

“Azərbaycan təxribat yolu ilə sülh gündəmini, sülh danışıqları prosesini pozmağa və regionda yeni müharibənin alovlanmasına çalışır. Biz sülh gündəminin irəliləməsi səylərimizdə ardıcıl olaraq qalırıq və heç bir təxribat bizi bu gündəmdən yayındırmamalıdır”.

Ancaq Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziyalara yanvarın 10-da verdiyi müsahibədə demişdi ki, Azərbaycan Ermənistanla məsələni həll edib:

“Əminəm ki, üçüncü müharibə olmayacaq, amma təhdidlər aradan qalxmayıb, müharibədən sonra yeni təhdidlərlə üzləşmişik”.

“Biz heç vaxt avantüraya getməmişik və getməyəcəyik. Əgər bu təxribatlara qarşı biz, necə deyərlər, çox sarsıdıcı şapalaq vurmuşuqsa, deməli, bu, sadəcə olaraq, təbliğat deyil, özümüzdə güc hiss edirik. Hər kəs bunu bilməlidir ki, bizimlə heç kim zarafat etməsin. Biz bunu müharibədən dərhal sonra başlamışıq. Çünki bilirdik ki, dünyanın gələcəyini bu, müəyyən edəcək”, – deyə Əliyev bildirmişdi.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button