2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Paşinyan: Azərbaycanla müharibədə 3 min 800 hərbçi həlak olub

Ötən payız Azərbaycanla 44 günlük müharibədə 3 min 773 erməni hərbçisi öldürülüb. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Avqustun 24-də deputatlar qarşısında hökumətin yeni beşillik planını açıqlayan Paşinyan qeyd edib ki, daha 243 əsgərin taleyi bəlli deyil, bəzi hərbi əsirlər isə hələ evlərinə qayıtmayıblar.

O, minlərlə insanın döyüşlər nəticəsində didərgin düşdüyünü, bunun isə “fövqəladə” sosial-iqtisadi ziyana səbəb olduğunu vurğulayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan müharibədə 2 min 907 hərbçisinin həlak olduğunu, 7 nəfərin itkin düşdüyünü açıqlayıb.

Xatırlatma

2020-ci il sentyabrının 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya arasında həmin razılaşmaya əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Bu müharibə Qarabağ münaqişəsindən törəyib. Həmin münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button