2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Paşinyan Bakı ilə danışıqlara hazırdır, lakin ATƏT-in Minsk Qrupunun himayəsi altında

Bakı/18.08.21 Bu gün baş nazir Nikol Paşinyan Azərbaycanla yüksək səviyyədə danışıqlara başlamağa hazır olması barədə bəyanatını təkrarlayıb. O bu barədə çərşənbə günü Ermənistan hökumətinin iclasında 2021-26-cı illər üçün hökumətin fəaliyyət planını təqdim edərkən bildirib.

“ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ məsələsilə bağlı danışıqlar prosesinin tam bərpa edilməsinin zəruriliyini dəfələrlə bəyan edib. Biz bu bəyanatları və mövqeyi alqışlayırıq və danışıqlarda yüksək və ali səviyyədə iştirak etməyə hazırıq”, – TASS agentliyi Paşinyandan sitat gətirir.

“Ermənistanın təhlükəsizliyinin, suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi, Dağlıq Qarabağ probleminin ədalətli həlli, Ermənistan ətrafında əlverişli mühitin yaradılması prioritet məsələ olaraq qalır”, – Paşinyan əlavə edib.

Saytların yığılması Saytlarin yigilmasi

Ermənistanda Silahlı Qüvvələrdə miqyaslı islahatlar prosesi başlayıb və gedir. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə günü hökumətin iclasında bildirib.

O, ordunu ölkənin xarici təhlükəsizliyinin təminatında əsas amil adlandırıb. Paşinyan fəal xarici siyasət təhlükəsizliyin daha bir zəruri şərti hesab edir.

“Ermənistan bütün ölkələrlə və beynəlxalq təşkilatlarla işləyərək fəal və təşəbbüskar xarici siyasət yürütməlidir”,- o əlavə edib.

Paşinyan Ermənistan-Rusiya strateji müttəfiqliyini və respublikanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünü Ermənistanın təhlükəsizliyinin mühüm amili hesab edir.

Paşinyan regional sabitlik baxımından Qarabağın yekun statusunun müəyyən edilməsinə yönələn danışıqların  ATƏT-in Minsk Qrupu çərçivəsində davam etdirilməsinin vacibliyini qeyd edib. -02D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button