2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Paşinyan Baş nazir seçilmədi

Həftə ərzində Baş nazirliyə yeni namizəd müəyyənləşməlidir

Ermənistan parlamenti oktyabrın 24-də səsvermənin birinci turunda Baş naziri seçə bilməyib.

Azadlıq Radiosunun məlumatına görə, parlamentdəki üç fraksiya – Respublika Partiyası, “Tsarukyan” və “Daşnaksutyun” səsvermədə iştirak etməyəcəklərini bildirib, “Elk” fraksiyası isə səsvermədə bitərəf qalacağını bəyan edib.

Nəticədə Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın lehinə səs verən olmayıb, cəmi 1 deputat əleyhinə səs verib, 11 nəfər bitərəf qalıb.

Saytların yığılması Saytlarin yigilmasi

N.Paşinyanın Baş nazir vəzifəsinə namizədliyini “Elk” fraksiyası irəli sürüb.

Azadlıq Radiosu yazır ki, Paşinyan və onun siyasi komandası yeni Naş nazirin seçilməməsində maraqlıdır. Bu yolla parlament buraxılacaq və növbədənkənar parlament seçkiləri təyin olunacaq.

Oktyabrın 24-də Ermənistan parlamentinin Baş nazirin seçilməsi ilə bağlı növbədənkənar toplantısında çıxış edən Nikol Paşinyan deyib:

“Mənim Baş nazir postuna namizədliyimin irəli sürülməsi formal xarakter daşıyır. Mənim namizədliyim ona görə irəli sürülməyib ki, məni seçsinlər, ona görə verilib ki, məni seçməsinlər. Deməli, Milli Məclis mənə səs verməməlidir”.

O, Baş nazirin səlahiyyətlərini müvəqqəti yerinə yetirir.

“Mənim namizədliyimin irəli sürülməsində məqsəd qarşıdakı parlament seçkilərinin legitimliyi mövzusunda istənilən spekulyasiyanı, keçiriləcək seçkilərlə bağlı istənilən hüquqi boşluğu istisna etməkdir”, – Paşinyan bəyan edib. O, dekabrda növbədənkənar seçkilərin keçiriləcəyinə şübhə olmadığını da vurğulayıb.

Oktyabrın 24-də erməni parlamentində Baş nazir vəzifəsinə namizədlə bağlı səsvermənin birinci turunun keçirilməsi nəzərdə tutulub.

Bu ərəfədə “Elk” parlament fraksiyası həmin vəzifəyə N.Paşinyanın namizədliyini verib.

İndiki parlamentdə ən böyük fraksiya keçmiş iqtidar Respublika Partiyasıdır.

Ermənistan Konstitusiyasına görə, iki həftə içində parlament yeni Baş nazir seçə bilməsə, qanunverici orqan buraxılmalıdır.

Oktyabrın 16-da vəzifəsindən istefa vermiş Paşinyanın müttəfiqləri onun namizədliyini prosedurun formal tərəfini təmin etmək məqsədilə verdiklərini bəyan ediblər.

Həftə ərzində Baş nazir vəzifəsinə yeni namizədin irəli sürülməməsi, ya da oktyabrın 31-də hər hansı namizədin seçilməməsi parlamentin hüquqi baxımdan buraxılmasına imkan yaradacaq. O zaman növbədənkənar seçkilər dekabrın ilk yarısında keçiriləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button