2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Paşinyan danışıqları və üçtərəfli görüşü pozduğunu faktiki olaraq etiraf edib

Bakı/11.11.21 Gorus-Qafan sahəsində Azərbaycan postlarının qurulmasından qaçmaq olardı, amma bu, “dəhliz məntiqi” bahasına başa gələrdi. Bu barədə bu gün Ermənistanın baş naziri Nikol Paşinyan Yerevanda hökumətin iclasında bildirib.

“Sual yarana bilər: bu yolda Ermənistan Respublikası vətəndaşlarına və yüklərinə sərhəd nəzarətinin olmaması üçün danışıqlar aparmaq olmazdımı? Olardı, ancaq bu, bizə dəhliz məntiqinə başa gələrdi ki, bu da qəbuledilməzdir”, – Paşinyan bildirib.

O deyib ki, Ermənistan nəzarət edilməyən hər hansı nəqliyyat dəhlizlərinin öz ərazisindən keçməsini mümkün saymır.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan Gorus-Qafan yolunda gömrük nəzarətini tətbiq etmək istədiyindən, Ermənistan yeni yola keçəcək. Bununla yanaşı, Paşinyan belə bir formul işlədib:”Azərbaycan öz ərazisində Eyvazli- Çayzami sahəsində gömrük nəzarətini tətbiq etmək istəyir”.

Odur ki, erməni  tərəfi vətəndaşları Qafan – Ağvani – Tatev yolu ilə göndərmək qərarına gəlib. Bu yol praktik olaraq, tam hazırdır və artıq İranın yük maşınları bu yolla gedir, Paşinyan deyib.

Xatırladaq ki, sərhəddin delimitasiyası və sülh razılaşmasına hazırlıq haqda sazişlərin imzalanması məqsədilə noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının görüşü planlaşdırılmışdı. Amma son anda görüş baş tutmayıb və Paşinyanın bugünkü bəyanatı da göstərir ki, Yerevan Mehridən keçən yolun ((Zəngəzur dəhlizi) Qarabağda Laçın dəhlizi kimi statusa malik olmasını istəmir.

Yerevanın bundan öncə də əldə edilmiş razılaşmalardan imtina etməsi Laçın dəhlizinin taleyini sual altına qoyaraq digər razılaşmaların da pozulmasına səbəb ola bilər.-02D-

 

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button