2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Paşinyan deyib ki, Yerevanda ‘Həyat parkı’ açılacaq

Yerevanın Botanika bağında “Həyat parkı” yaradılacaq.

Bu barədə bəyanat verən baş nazir Nikol Paşinyan deyib ki, burada əkiləcək ağaclar “həyatı və bütün Qarabağ müharibələrinin qurbanlarını” əks etdirəcək.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir ki, Yerevanın mərkəzindəki Respublika meydanında Ermənistanın müstəqilliyinin 30-cu ildönümünə həsr edilmiş tədbirdə baş nazir daha sonra deyib:

Saytların yığılması Saytlarin yigilmasi

“Bu parkın kulminasiyası Həyat ağacı olacaq. Bu ağac həyatlarını vətən uğrunda qurban verənləri simvolizə edcəcək. Bu bir xatirə abidəsi yox, Həyat Parkı olacaq. Burada uşaqlar qaçışacaq, səs salacaqlar. Gənclər burada vaxt keçirəcək, gəzəcək, yaşlılar söhbət edəcəklər. Bu park ondan xəbər verəcək ki, bütün bu insanlar Ermənistanın və Artsaxın (Qarabağ – red) yaşaması üçün həlak olublar”.

Paşinyanın sözlərinə görə, Ermənistanın və Dağlıq Qarabağın həyatı, habelə “dinc yaşayan və inkişaf edən Erməni dövlətçiliyi müharibə qurbanlarının yaratmış olduğu qələbə” sayılmalıdır.

Ermənistanın baş naziri sözü gedən parkda əkiləcək ağacları nümayiş etdirib.

O deyib ki, bu ağaclar Ermənistanda yeni, dinc inkişaf mərhələsinin başlanğıcı olacaq.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button