2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Paşinyan erməni əsirlərdən danışdı. XİN-dən reaksiya

Paşinyan deyir ki, Əliyev erməni əsirlərin daha bir qrupunu azad etmək vədi versə də, bu indiyədək baş verməyib

Hazırda Azərbaycanda azı 38 erməni əsir var. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 11-də Niderlandın Klingendayl Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı deyib. AzadlıqRadiosunun Ermənistan xidməti onun Azərbaycan Prezidenti İlham Əliyevlə 6 aprel Brüssel görüşünün bəzi detallarını açıqladığını yazır.
Paşinyan deyir ki, Əliyev erməni əsirlərin daha bir qrupunu azad etmək vədi versə də, bu indiyədək baş verməyib.
“Biz əlimizdə olan xəritələri Azərbaycana verdik”
“Daima bu prosesi müxtəlif mövzularda alver predmetinə çevirməyə cəhdlər olunur… Məncə, məsələnin humanitar tərəfini gözardı etməklə sülhdən danışmaq olmaz. Bunu praktikada göstərdik və minalanmış ərazilərin xəritəsini verdiyimizə görə ölkə daxilində ciddi tənqidlə üzləşdik”, – Paşinyan vurğulayıb.
Baş nazir deyir ki, Yerevan adamlardan siyasi məqsədlərlə istifadəni qınayır və Bakının əsirləri mina xəritələrinə dəyişməyə çalışarkən məhz belə davranıb.
“Biz əlimizdə olan xəritələri Azərbaycana verdik. Bu humanitar addımın ardınca digər humanitar addım atılmalıdır”, – o vurğulayıb.
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizinə, Qarabağda ermənilərin yaşadığı ərazilərə Rusiya hərbçiləri yerləşdirilib. Rəsmi Bakı hərbi əməliyyatlar bitəndən sonra öz ərazisində saxlanan erməni hərbçiləri əsir saymır, onların terrorçu-diversant olduğunu deyirdi. Ancaq sonradan bir neçə qrup erməni hərbçi təhvil verilib.
“Ermənistan rəhbəri yaxşı olardı ki…”
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Paşinyanın çıxışın şərh edib. O, səslənən fikirləri “əsassız iddialar, o cümlədən humanitar məsələlərlə bağlı həqiqətdən uzaq ittihamlar” adlandırıb.
XİN təmsilçisi Ermənistanın hissə-hissə təqdim etdiyi mina xəritələrinin dəqiqliyinin 25% olduğunu vurğulayır. “Ümumiyyətlə, Ermənistan tərəfindən mina xəritələrinin təqdim edilməsini humanitar jest kimi qələmə vermək yanlışdır, çünki bu, üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistanın beynəlxalq humanitar hüquq öhdəliyi idi”, – Abdullayeva bildirir.
O, 2020-ci il noyabrın 9-da üçtərəfli atəşkəs bəyanatı imzalanandan sonra əksəriyyəti mülki şəxs olmaqla, 219 nəfərin mina qurbanı olduğunu vurğulayır.
Bəyanatda Azərbaycanın erməni əsilli şəxsləri qaytarmaması ittihamı “yersiz və əsassız” adlandırılır. “Ermənistan rəhbəri yaxşı olardı ki, öncə Azərbaycan ərazilərinə qanunsuz şəkildə daxil olan erməni əsilli diversantların Azərbaycanda saxlanma səbəbini anlasın”, – Abdullayeva vurğulayır.
Brüssel görüşündə tərəflər ikitərəfli sülh sazişinin hazırlanması üzərində işə başlamağa, sərhədlərin delimitasiyası üzrə komissiya yaratmağa razılaşıblar.
Paşinyan dünənki çıxışında iki ölkənin xarici işlər nazirlərinin bu günlərdə görüşəcəyini bildirib. Görüşün sabah – mayın 13-də Düşənbədə başlanacaq MDB Xarici İşlər Nazirləri Şurasının toplantısı çərçivəsində keçiriləcəyi gözlənir.

24 saat” “
Paşinyan erməni əsirlərdən danışdı. XİN-dən reaksiya
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button