SEÇMƏ

Paşinyan: “İşçi qrupunun iclasında dəmir yolu məsələsi ilə bağlı konkret nəticə qeydə alınmayıb”

Yayımlandı: 7 Dekabr 2022 22:34

Ermənistanın Baş naziri ölkəsinin bu proqramı gerçəkləşdirməyə hazır olduğunu deyir

“Dekabrın 6-da Moskvada keçirilən üçtərəfli işçi qrupunun iclasında dəmir yolunun açılması məsələsi ilə bağlı konkret nəticə qeydə alınmayıb”.

Bunu dekabrın 7-də parlamentdə Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Nikol Paşinyanın sözlərinə görə, iclasda Yerax-Ordubad-Meğri-Horadiz dəmir yolunun açılması məsələsi müzakirə olunub:

“Mən deyə bilmərəm ki, bizim konkret nəticələrimiz var. Amma bir daha təsdiq etmək istəyirəm ki, Ermənistan bu proqramın həyata keçirilməsinə hazırdır və maraqlıdır. Təklifimiz hələ də qüvvədədir”.

Ermənistan dəmir yolunun bərpasına başlamağa hazırdır. Dəmir yollarının və avtomobil yollarının Ermənistan qanunvericiliyi çərçivəsində fəaliyyət göstərməsi barədə anlayışımız haqqında danışmağı lüzumsuz hesab edirəm. Dünənki müzakirələr təkcə dəmir yolu ilə bağlı olsa da, yollar məsələsi də gündəmdədir. Biz əvvəllər qeyd etdiyimiz üç keçid məntəqəsini açmağa, eləcə də ən yaxşı marşrutla yeni yol infrastrukturlarını yaratmağa və qurmağa hazırıq. Bu, bizim yolumuzdur və biz böyük beynəlxalq tranzitin təmin edilməsini gözləyirik”.

Dekabrın 6-da Moskvada Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın, Rusiyanın Baş nazirinin müavini Aleksey Overçukun və Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin həmsədrliyi ilə üçtərəfli işçi qrupunun 11-ci iclası keçirilib.

Azərbaycan tərəfi 6 dekabrda keçirilən iclas haqda hər hansı açıqlama yaymayıb.

Meydan TV

Gözdən qaçırmayın:  Almaniyada çevrilişə cəhddə şübhəli bilinən 25 nəfər saxlanılıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button