2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Paşinyan kütləvi itaətsizliyə çağırdı

Ermənistandakı etiraz aksiyalarının lideri, baş nazir postuna namizədliyi parlament tərəfindən təsdiqlənməyən Nikol Paşinyan dövlət qulluqçularını ümumi tətilə, tərəfdarlarını isə kütləvi vətəndaş itaətsizliyinə çağırıb.

N.Paşinyan əsas yolları bağlamağa çağırıb: “Sabah 08.15-dən etibarən kütləvi vətəndaş itaətsizliyinə, ümummilli tətilə başlayırıq, küçələri, magistralları, aeroporta aparan bütün yolları bağlayırıq”.

Ermənistandakı etiraz aksiyalarının lideri qeyd edib ki, etirazçıların tələbi dəyişməz olaraq qalmaqdadır – “xalqın namizədi”nin baş nazir postuna seçilməsi.

Qeyd edək ki, Ermənistan parlamenti bu gün keçirdiyi xüsusi iclasda Nikol Paşinyanı baş nazir seçməyib. N. Paşinyanın lehinə 45, əleyhinə 56 deputat səs verib. (APA)

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button