2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Paşinyan Milad ibadətinə qatılmayıb


Azərbaycana qarşı müharibədə məğlubiyyətə görə Erməni kilsəsinin tənqidləri ilə üzləşən baş nazir Nikol Paşinyan ermənilərin yanvarın 6-da keçirdikləri Milad ibadətinə gəlməyib.

Parlamentin spikeri Ararat Mirzoyan, habelə Paşinyanın siyasi komandasının digər vəzifəli üzvləri də Yerevandakı Müqəddəs Ziyalandıran Qriqori məbədində keçirilən mərasimdə iştirak etməyiblər.

Mərasimdə rəsmilərdən yalnız baş prokuror Artur Davtiyan olub.

Saytların yığılması Saytlarin yigilmasi

Paşinyanın sözçüsü Mane Gevorkyan deyib ki, baş nazir koronavirusa görə özünütəcriddə olduğuna görə ibadətdə iştirak etməyib.

Paşinyan ötən iyunda özünün və ailə üzvlərinin COVID-19-a yoluxduğunu bəyan etmişdi. Bir həftə sonra baş nazir sağaldığını demişdi.

Baş nazir Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ müharibəsinin başa çatması üçünüçtərəfli atəşkəs bəyanatına razılaşdığına görə tənqid olunur.

Noyabrın 10-da imzalanmış Rusiya-Azərbaycan-Ermənsitan razılaşması nəticəsində Azərbaycan Dağlıq Qarabağın ətrafındakı 7 rayonun hamısı və separatçı bölgənin əhəmiyyətli hissəsi üzərində nəzarəti ələ alıb.

 

Paşinyan Facebook-da İncildən paylaşımlar edib

Bütün ermənilərin dini rəhbəri katolikos II Qaregin Paşinyanın kəskin tənqidçisidir.

O dəfələrlə Paşinyanın istefasına çağırıb.

Paşinyan ermənilərin Milad günündə özünün Facebook səhifəsində İncildən iqtibaslar paylaşıb.

Milad mərasimində danışan II Qaregin Dağlıq Qarabağ müharibəsi və onun ermənilər üçün “fəlakətli nəticələrindən” bəhs edib.

Katolikos hökuməti Qarabağ müharibəsi ərəfəsində “dağıdıcı səhvlərə” yol verməkdə günahlandırıb.

Qaregin habelə “millətin ölümcül sınaq qarşısında möhkəm dayanması” üçün dualar edib.

Milad ibadətindən bir gün əvvəl bir qrup müxalifətçi baş naziri kilsəyə buraxmayacağını elan etmişdi.

Qaregin və Erməni kilsəsinin rəhbərləri açıq şəkildə müxalifətin istefa tələbini dəstəkləyirlər.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button