2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Paşinyan müşahidəçilərlə bağlı suallara aydınlıq gətirib: niyə KTMT yox, Avropa İttifaqı?..

Yayımlandı: 9 Fevral 2023 12:31

“KTMT-dən fərqli olaraq Avropa İttifaqı Ermənistanın ərazisini birmənalı şəkildə təsbit edib”

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müşahidəçilərinin əvəzinə Avropa İttifaqı missiyasına razılıq verməsinə aydınlıq gətirib.

Saytların yığılması Saytlarin yigilmasi

Baş nazir bu barədə fevralın 9-da danışıb.

İclasda müxalifəti təmsil edən fraksiyalar iştirak etməyiblər.

Nikol Paşinyan deputatları əmin edib ki, bu qərarın heç bir geosiyasi mənası yoxdur:

“Əsas səbəb odur ki, KTMT-dən fərqli olaraq Avropa İttifaqı Ermənistanın ərazisini birmənalı şəkildə təsbit edib”.

“KTMT-dən xahiş etdik ki, bizim üçün prinsipial məsələyə aydınlıq gətirsin: təşkilatın Ermənistandakı məsuliyyət sahəsini aydınlaşdırsın. Yəni Ermənistanı hansı sərhədlərdə təmsil etdiklərini söyləsin. Amma bu suala dəqiq cavab almamışıq. Digər tərəfdən, Aİ missiyasının göndərilməsi ona görə mümkün olub ki, Praqa Dördtərəfli Görüş zamanı Brüssel Ermənistanın ərazisini, o cümlədən, Yerevan və Bakının iştirakı və razılığı ilə aydın şəkildə müəyyən edib. Yəni dedilər ki, bu, Ermənistanın xəritəsidir və onlar bu əraziyə nəzarət etməyə gəlirlər”, – deyə Paşinyan əlavə edib.

Baş nazirin sözlərinə görə, KTMT də Aİ kimi Ermənistan ərazisini necə gördüyünü dəqiq qeyd etməyincə, bu strukturun müşahidə missiyası azından qəribə görünəcək:

“Məsələ ondadır ki, onlar nəyə baxdıqlarını bilmirlər. İkincisi məsələ Azərbaycan Ermənistanın ərazilərini işğal edəndən sonra ortaya çıxdı. Əgər bu və ya digər missiya Ermənistanın ərazisinin və sərhədlərinin harada olduğunu bilmirsə, Ermənistan ərazilərinin işğal olunub-olunmadığını necə monitorinq və müəyyən edəcək”.

N.Paşinyan Ermənistanda Aİ müşahidəçilərinin yerləşdirilməsi məsələsində “daha ​​bir incəliy”i vurğulayıb.

Onun fikrincə, Aİ müşahidəçilərinin Ermənistana gəlmək qərarına qədər Bakı Yerevana qarşı qərb sərhədlərində təcavüzkar hərəkətlərini sərhəddə getdikcə daha çox rus qoşunu yerləşdirməsi ilə izah edirdi:

“Qərb tərəfdaşlarımız artıq bizə laqeyd baxmağa başlayıblar ki, siz, əslində, aqressiv hərəkətlər edəcəksiniz. Çünki Rusiya və Ermənistan qoşunlarının böyük cəmləşməsi var və Azərbaycana hücum edəcəksiniz. Yazıq azərbaycanlılar da vəziyyəti tarazlaşdırmaq üçün yüksəklikləri ələ keçirmək istəyirlər. O zaman dedik ki, çox yaxşı, gəlin, baxın bütün bunlar doğrudur, ya yox”.

Kommunikasiyaların açılmasına toxunan Baş nazir deyib ki, Yerevan sabah da bu istiqamətdə addımlar atmağa hazırdır:

“Ona görə ki yolların açılması ən çox Ermənistan lazımdır. Amma məsələ ondan ibarətdir ki, Azərbaycan 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda qeyd olunmayan qondarma dəhliz ideyasını irəli sürməyə çalışır. 30 ildir ki, blokadadayıq və bu yollar heç kimə bizdən çox lazımdır, çünki onların bütün yollara alternativləri var. Bu yolların bizə ən çox ehtiyacı olduğunu hamı dərk etdiyi üçün bu yolların bizim üçün açılmasının xərclərini artırmağa çalışırlar. Biz deyirik ki, yox, gəlin 9 noyabr tarixli üçtərəfli bəyanatda yazdığımızı dəqiq həyata keçirək. Bu yaxınlarda Azərbaycan prezidentinin özü bildirib ki, noyabrın 9-da üçtərəfli bəyanatın 9-cu bəndində “dəhliz” sözü yoxdur və bu termini dövriyyəyə məhz o daxil edib”.

Yanvarın 23-də Avropa İttifaqı Şurası ümumi təhlükəsizlik və müdafiə siyasəti çərçivəsində Ermənistanda qurumun mülki missiyasının yaradılması barədə qərar qəbul edib.

Missiyada məqsədin Ermənistanın sərhədyanı rayonlarında sabitliyə xidmət etməyin olduğu vurğulanıb.

Yanvarın 24-də isə Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqı missiyasının Ermənistanda yerləşməsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda Azərbaycanın legitim maraqlarının nəzərə alınması, habelə Brüsselin bu missiyanın fəaliyyətinin qarşılıqlı inam və etimadı sarsıtmayacaq şəkildə həyata keçirilməsinin təmin etməli olduğu vurğulanırdı.

“Belə bir fəaliyyətin, sırf ikitərəfli əsasda həyata keçirilməli olan sərhədlərin delimitasiyası prosesi də daxil olmaqla Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xələl gətirmək məqsədilə sui-istifadə edilməməli olduğuna dair öz qəti mövqeyində qalır”, – deyə XİN hesab edib.

2022-ci ilin oktyabrın 6-da Prezident İlham Əliyev Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında demişdi ki, “Avropa siyasi birliyi”nin yeni platforması çərçivəsində Praqada Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə dördtərəfli görüş təşkil olundu:

“Görüşdə bir neçə saat davam edən danışıqlar nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olundu. Sonradan bizə məlum oldu ki, onların sayı 50 nəfər olacaq. Onlar orada azı 2 ay olacaqlar. Bu missiyanın məqsədi, gördüyümüz kimi, tərəflərə sərhədlərin çəkilməsində, delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsində kömək göstərməkdir. Bu səbəbdən biz buna razılıq verdik”.

İ.Əliyev daha sonra qeyd edib ki, bu missiyanı Azərbaycan tərəfinə göndərmək barədə də cəhdlər olub: “Ancaq bizim tərəfimizdən bu cəhdlər qətiyyətlə rədd edildi. Buna görə də missiya Ermənistan ərazisində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında yerləşəcək. Dünən Avropa nümayəndələrinin birinci qrupu bu missiyanın yerləşdirilməsini müəyyənləşdirmək üçün Ermənistana gedib”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button