2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Paşinyan Naxçıvana yol açılması ideyasını rədd edir və Azərbaycanla sərhəddə KTMT və ya ATƏT MQ-nin monitorinq aparmasını istəyir

Bakı/29.07.21 Azərbaycan regional komminikasiyaların açılması mövzusunu nüfuzdan salır, bu barədə Ermənistan hökumətinin iyulun 29-da keçirilən iclasında baş nazir Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistan dəhlizin açılması haqqında heç bir məsələni müzakirə etməyib, etmir və etməyəcək. Paşinyan hesab edir ki, regionda bütün nəqliyyat kommunikasiyaları və iqtisadi kommunikasiyalar açılmalıdır. Ermənistan Azərbaycan ərazisindən Rusiya, Orta Asiya və İranla əlaqəyə malik olmalıdır, Azərbaycan isə Ermənistan ərazisindən Naxçıvan, Gürcüstan və İranla əlaqəyə malik olmalıdır. Bunun üçün gömrük buraxılış məntəqələri yaradılmalı olacaq, deyə Paşinyan qeyd edib.

Azərbaycanla sərhəddəki vəziyyətə toxunan Paşinyan Bakının mövqeyini “desktruktiv” və “KTMT sistemini nüfuzdan salan” mövqe adlandırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Real vəziyyəti öyrənmək üçün Ermənistan-Azərbaycan sərhədi boyunca KTMT və ya ATƏT-in Minsk Qrupunun monitorinq missiyasını yerləşdirmək olar, deyə o bildirib.

Turan agentliyi qeyd edir ki, Rusiya sərhədçilərinin Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi üçün hüquqi baza yoxdur. Rusiya sərhədçiləri Rusiya sərhəd qoşunlarının Ermənistan ərazisində statusu haqqında 30 sentyabr 1992-ci il tarixində Yerevanda bağlanmış dövlətlərarası müqaviləyə uyğun olaraq Ermənistanın Türkiyə və İranla sərhədlərini qoruyur. Onların MDB üzvü olan dövlətlərin sərhədində yerləşdirilməsi üçün yeni sazişə ehtiyac olacaq.-02D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button