2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Paşinyan “odla oynayır” – 24 saat

Bu günlərdə Rusiya və Ermənistan biotəhlükəsizlik probleminə ümumi yanaşmanı bir daha təsdiq ediblər. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, bu məsələ Moskvada idarələrarası formatda keçirilən məsləhətləşmələrdə müzakirə olunub. Danışıqlar zamanı ölkələrin bu mövzuda həm ikitərəfli, həm də bu sahə üzrə profil meydanlarda gələcək əlaqə və koordinasiyasının vacibliyi vurğulanıb.
Məlumatda qeyd olunur ki, tərəflər MDB məkanında bioloji təhlükəsizliyə təhdidləri və Rusiya ilə Ermənistan arasında gələcək əməkdaşlığın konkret istiqamətlərini müzakirə ediblər.

Rusiyanın Ukraynada və dolayısı ilə dünyada yaratdığı böhranın pik nöqtəsində Ermənistanla bu mövzuda məsləhətləşmələrin aparılması maraq doğurur. Moskva bu məsələni niyə gündəmə gətirir və Ermənistanla bioloji əməkdaşlıqla bağlı koordinasiyanı hansı məqsədlə nəzərdən keçirir?

Xatırladaq ki, Ukraynaya qarşı müharibədə Rusiyanın yanında dayanan iki dövlətdən biri Ermənistandır. Rəsmi İrəvan Avropa Şurasından Rusiyanın qovulmasının əleyhinə səs verib, habelə BMT Baş Assambleyasında işğalçı ölkənin əməllərini pisləyən qətnaməyə bitərəf qalıb. Ermənistan KTMT çərçivəsində Rusiyaya hərbi dəstək verməsə də, başqa kanallarla təcavüzkara açıq dəstək verir. Məsələn, Suriyadan muzdluların toplanması və hava yolu ilə Rusiyaya daşınmasına şərait yaradır. Habelə, qeyri-rəsmi pərdə altında Ukraynaya qarşı döyüşmək üçün könüllü birliklər yaradılır və Rusiyaya müraciətlər təşkil edilir. Bu günə qədər nə Nikol Paşinyan, nə də Ermənistan Xarici İşlər Nazirliyi bir dəfə olsun, Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə etməyib. Təəssüf doğuran hal budur ki,  dünyanın bir nömrəli aqressoru ilə həmrəylik nümayiş etdirən Ermənistan rəhbərliyi ABŞ, Fransa kimi ölkələrin rəhbərliyi ilə rahat təmas qura bilir. Nə Vaşinqtondan, nə də Parisdən, Brüsseldən bu çirkin siyasətə adekvat reaksiya gəlmir.       

Saytların yığılması Saytlarin yigilmasi

Haqqında bəhs olunan bioloji sahədə əməkdaşlığa gəlincə, bu, Ermənistan və Rusiya XİN-ləri arasında imzalanmış Bioloji təhlükəsizliyin təmin olunması barədə Memoranduma əsasən həyata keçirilir. Memorandum Ermənistan ərazisində olan bioloji laboratoriyaların hansısa üçüncü ölkəyə aid olduğunu təsdiqləyir. Elmə və elmi araşdırmalara böyük məbləğdə vəsait xərcləmək imkanı olmayan Ermənistanın bu cür laboratoriyalara sahib olması inandırıcı deyil.

Ekspertlər bildirirlər ki, əslində, həmin sənəd Rusiyanın Ermənistan ərazisində olan bioloji laboratoriyalara giriş üçün birtərəfli razılığın verilməsini ehtiva edir. Bəs sözügedən bioloji laboratoriyalar hansı ölkəyə məxsus ola bilər?

“Ria Novosti” agentliyində 2 il əvvəl dərc olunan məqalədə bildirilir ki, 2000-ci illərdə amerikalılar Ermənistanda Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin modernləşdirilməsinə 10 milyon dollar xərcləyib. Yerevan, Gümrü, Vanadzor, Martuni və İcevanda inşa edilmiş elmi mərkəzlər Qafqaz regionu üçün xarakterik olan viruslar və ştammları öyrənir. Laboratoriyalar Ermənistan səhiyyə sisteminə daxildir, lakin ABŞ Müdafiə Nazirliyi yanında Təhlükənin Azaldılması üzrə Agentliyin onlara birbaşa çıxışı var. Yerli mütəxəssislərlə yanaşı, orada amerikalılar da işləyirlər.

Ermənistandakı biolaboratoriyaların qapalı qalması Moskvanın tənqidinə səbəb olub. Şübhələri aradan qaldırmaq üçün ötən ilin payızında Baş nazir Nikol Paşinyan rusiyalı mütəxəssislərlə əməkdaşlıq haqqında memorandumu imzalamağa razılıq verib. Detallar razılaşdırılsa da, son anda Ermənistan tərəfi bu sənəddən imtina edib.

Ancaq görünür, Azərbaycanla savaşda ağır məğlubiyyətə uğrayan Ermənistanın Rusiya qarşısında müqaviməti qırılıb və Paşinyan hakimiyyəti Kremlin bu laboratoriyalarda təftiş aparmasına razılaşıb. 

Bioloji laboratoriyalar isə hansı məqsədlər üçün qurulmasından asılı olmayaraq, region üçün ciddi təhlükə mənbəyidir. Bu gün Qərbin küncə sıxdığı Rusiyanın bu laboratoriyalara girişinə icazə verilməsi, şübhəsiz ki, əlavə gərginlik mənbəyi deməkdir. Məlumdur ki, Kreml ABŞ-ı və onun müttəfiqlərini regionda öldürücü viruslar, kimyəvi, bioloji silahlar hazırlayan gizli laboratoriyalar qurmaqda ittiham edir. Hazırda Rusiya xüsusi xidmət orqanlarının, hərbi kəşfiyyatının böyük bir qrupu Ukraynada “bioloji laboratoriya” axtarışındadır. Kreml bu ölkəyə hücumunun bir səbəbini də guya Ukrayna hakimiyyətinin Qərbin dəstəyi ilə bioloji silahlar hazırlaması ilə əsaslandırmağa cəhd edir. Maraqlıdır, Paşinyanın Ermənistanda xeyir-dua verdiyi koordinasiyalı əməkdaşlıq zamanı Rusiyalı mütəxəssislər ortaya hansı dəlil-sübutlar çıxara biləcəklər? Onların daha inandırıcı olması üçün bölgədə bioloji silahdan istifadə edilməyəcəyinə kim zəmanət verir? Bir sözlə, Paşinyan təcavüzkar müttəfiqi ilə birləşib, odla oynayır, Qərb isə hələ ki, bu təhlükəli oyunu seyr etməklə məşğuldur…

Turqut

24 saat” “Paşinyan “odla oynayır” – 24 saat” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button