Loading...
Loading...
Siyasət

Paşinyan Rəisi ilə danışıb

İbrahim Rəisi deyib ki, Ermənistan-Azərbaycan münasibətlərindəki bütün problemlər beynəlxalq sərhədlərin dəyişməzliyi, ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır
AzadlıqRadisounun Erməni xidməti – Azatutyunun yazdığına görə, İran prezidenti İbrahim Rəisi iyunun 2-də baş nazir Nikol Paşinyanla telefon söhbətində deyib ki, Ermənistan-Azərbaycan münasibətlərindəki bütün problemlər beynəlxalq sərhədlərin dəyişməzliyi, ölkələrin ərazi bütövlüyü və xalqların hüquqları çərçivəsində həll olunmalıdır.
Azatutyun İran prezidentinin saytına istinadən yazır ki, Rəisi telefon söhbəti zamanı deyib:
İran regionda beynəlxalq sərhədlərin saxlanmasının və ölkələrin suverenliyinə hörmətin zəruriliyini vurğulayır. Biz ümid edirik ki, qalan məsələlər dinc yolla, iki ölkənin (Azərbaycan və Ermənistanın-red) suverenlyinə və ərazi bütövlüyünə riayət olunması ilə, beynəlxalq hüquqa uyğun olaraq, Qafqaz regionundakı bütün xalqların hüquq və təhlükəsizliyi nəzərə alınaraq həll olunmalıdır”.
Bu da xəbər verilir ki, baş nazir Nikol Paşinyan iranlı həmkarına Azərbaycan prezidenti və Avropa İttifaqı Şurasının prezidenti ilə bu yaxınlarda keçirilmiş görüşləri barədə məlumat verib.

Qarabağ müzakirə olunubmu?
Azatutyunun yazdığına görə söhbət zamanı tərəflər regional kommunikasiyaların açılmasını, Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiya və demarkasiyasını, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə ediblər.
Lakin İran İslam Respublikası prezidentinin rəsmi saytında Dağlıq Qarabağ tənzimlənməsinin müzakirə olunduğuna dair heç bir məlumat yoxdur.
Bunun əvəzində İran tərəfinin rəsmi məlumatında deyilir ki, prezident Rəisi sionist rejiminin (İran İsraili belə adlandırır-red) regiona nüfuz etməsinin yolverilməz olduğunu vurğulayıb:
“İran İslam Respublikası dərindən inanır ki, regiondakı məsələlər regionun bütün ölkələrinin konsensus və əməkdaşlığı, ortaq maraqlar və qarşılıqlı hörmət əsasında həll olunmalıdır”.
Rəisi “regional geosiyasətin qorunub saxlanmasının” zərurətini vurğulayıb.
Azatutyun bildirir ki, Paşinyan tezliklə Tehranda 3+3 platforması üzrə sammitin keçiriləcəyinə ümid etdiyini bildirib.

İran prezidenti İbrahim Rəisi (sağda) və Ermənistanın baş naziri Nikol Paşinyan (Arxiv fotosu)

24 saat” “
Paşinyan Rəisi ilə danışıb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Yeni sanksiyalar: ‘Putinin yaxtaları’, Sberbank, Zaxarova...

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button