2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Paşinyan regional əməkdaşlığın zəruriliyi və ermənilərin strateji səhvləri barədə

Bakı/24.08.21 Regionda düşmənçiliyin öhdəsindən gəlmək Ermənistanın xarici siyasətinin vacib, əsas komponentinə çevrilə bilər.

Bu barədə avqustun 24-də parlamentdə çıxış edən baş nazir Paşınyan deyib.

Onun sözlərinə görə, düşmənçiliyin dərinləşməsi regionun stabilliyi və təhlükəsizliyi üçün təhdiddir. Ermənistanın regional komunikasiyaların açılmasına yönəlik səyləri və digər tərəfdən kontruktiv yanaşmanın nümayişi sülh və qarşılıqlı faydalı əməkdaşlıq mühitinin formalaşmasına gətirib çıxaracaq. Bu nöqteyi nəzərdən 9 noyabr və 11 yanvar tarixli üçtərəfli bəyanatın bəndlərinin tam reallaşdırılması əsasdır.

Saytların yığılması Saytlarin yigilmasi

“Bu regional məsələdir və hesab edirəm ki, regionda düşmənçilik mühitinin öhdəsindən gəlmək bizim regional xarici siyasətin və əməkdaşlığın özəyi ola bilər, həmçinin regionun digər ölkələrini də maraqlandıra bilər. Bu məsələ onları maraqlandırmaya bilər, ancaq hətta bu halda da bizim gündəmdə qalmalıdır”, – deyə Paşınyan bildirib.

O həmçinin qeyd edib ki, Yerevanın Qarabağ məsələsinin nizamlanması istiqamətində ardıcıl olmayan mövqeyi əhəmiyyətli zərər vurub və erməni tərəfi arzuladığına nail olmayacağın təqdirdə nələrin olacağını düşünmürdü.

“Azərbaycanın ritorikası həmişə və hər yerdə eyni idi, Ermənistanın isə ölkə daxilində, xarici mühitdə və danışıqlar masasında fərqlənirdi. Bu sualın cavabı yox idi: danışıqlar masasında bizim üçün əlverişli olan nəticə əld edilməsə nə edəcəyik? Bu sistemli problem situasiyaya ciddi təsir etdi”, – deyə Paşınyan bildirib. -02D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button