2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Paşinyan: “Rusiya sabitliyi təmin edə bilmirsə, Qarabağa çoxmillətli sülhməramlı göndərilməlidir”

Yayımlandı: 29 Dekabr 2022 13:05

Ermənistanın Baş naziri Qarabağ ermənilərinə dəstək üçün İşçi Qrupu yaradıb

“Ermənistan Dağlıq Qarabağ ermənilərinə dəstək üçün İşçi Qrupu yaradıb, qrupa Baş nazirin müavini Tiqran Xaçatryan rəhbərlik edəcək”.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə dekabrın 29-da Baş nazir Nikol Paşinyan hökumətin növbəti iclasında danışıb.

O bildirib ki, Laçın dəhlizinin 18 günə yaxın bağlanması nəticəsində Dağlıq Qarabağda humanitar vəziyyət günü-gündən pisləşir:

“Dağlıq Qarabağda əsas malların çatışmazlığı getdikcə daha çox aktuallaşır. Dükanlar boşdur, dövlət müəssisələrində ərzaq məhsullarının tədarükünə məhdudiyyətlər qoyulub, cəmiyyət sosial-psixoloji gərginlik içindədir. Bütün bunları nəzərə alaraq, təsdiqlənmiş humanitar böhranın idarə olunmasında Dağlıq Qarabağ xalqına dəstək olmaq üçün mən Baş nazirin müavini Tiqran Xaçatryanın rəhbərliyi ilə İşçi Qrupu yaratmaq qərarına gəldim, onun vəzifəsi humanitar vəziyyətə nəzarət etmək olacaq”.

O qeyd edib ki, qrupun tərkibinə səhiyyə, əmək və əhalinin sosial müdafiəsi, ərazi idarəetmə və infrastruktur nazirləri, digər idarələrin nümayəndələri də daxil olacaq.

Baş nazir iclasda Rusiyanın sülhməramlı kontingentini Laçın dəhlizi ilə bağlı vəziyyətə dəqiq aydınlıq gətirməyə çağırıb.

Paşinyanın sözlərinə görə, Rusiya Dağlıq Qarabağ xalqı qarşısında üzərinə konkret öhdəliklər götürüb:

“Ona görə də Moskvanın vəziyyətə verdiyi qiyməti, dəhlizdə hərəkətin bərpası ilə bağlı planları və yol xəritəsini açıqlamalıdır. Bu, Ermənistanda və Dağlıq Qarabağda cəmiyyətin BMT TŞ-nin daimi üzvü olan Rusiyadan cavab gözlədiyi sualdır”.

“Rusiya obyektiv və ya subyektiv səbəblərdən Dağlıq Qarabağda təhlükəsizliyi və sabitliyi təmin edə bilmirsə, BMT Təhlükəsizlik Şurası sülhməramlı kontingentin BMT mandatı alması və ya Dağlıq Qarabağa əlavə çoxmillətli sülhməramlı kontingentin göndərilməsi təşəbbüsünü irəli sürməlidir”, – deyə Baş nazir əlavə edib.

Laçın dəhlizindəki aksiyanın qısa xronikası

Dekabrın 12-də səhər saatlarından Azərbaycan hakimiyyətinə bağlı bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb.

Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib.

İştirakçılar aksiyanın sıralarının genişləndiyini deyiblər.

Dekabrın 13-də müxtəlif könüllü dəstələr və vətəndaş cəmiyyəti nümayəndələri də aksiyaya qoşulublar.

Aksiyaya qoşula bilməyən vətəndaş cəmiyyəti nümayəndələrinə isə sosial şəbəkə və mediada propoqanda aparmaları barədə tapşırıqların verildiyi də iddia olunur.

Aksiyaçılar ərazidə çadırlar quraraq Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovdan görüş tələb ediblər.

Aksiyanın 4-cü günü etirazçılar yeni tələb irəli sürdülər.

Həmin tələblər ərazidə bütün dövlət qurumlarının, o cümlədən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin ayrıca nəzarət-buraxılış məntəqələrinin qurulmasıdır.

Onlar Laçın istiqamətində, Ermənistanla sərhəddə DSX-nın və DGK-nin ayrıca postlarıının olmasını istəyirlər.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button