2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Paşinyan sərhədin demarkasiyası üzrə səylər çərçivəsində Kərkiyə müraciət etmək niyyətini bildirir

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Zəngilan rayonu ilə həmsərhəd  Sünik vilayətinə bu yaxınlardakı səfəri zamanı sərhədin delimitasiyası və demarkasiyasının növbəti mərhələsi çərçivəsində Kərki kəndilə bağlı mübahisəli məsələnin həllinin mümkünlüyünə işarə edib. Hökumətyönlü armtimes.com veb saytında dərc edilən bu bəyanat Ermənistan və Azərbaycan arasında sərhəd üzrə davam edən danışıqlarda əhəmiyyətli irəliləyişin olduğunu göstərir.

Kornidzor kəndində olarkən “Azatutyun” radiosunun əməkdaşı  Paşinyandan soruşub ki, sərhədin demarkasiyasının növbəti mərhələsi Sünikdə başlaya bilərmi? Paşinyan  cavab verib: “Bəli, mümkündür, amma bu, istənilən başqa ərazidə ola bilər”, o deyib, digər bölgələrin də cəlb edilməsinin mümkünlüyünü açıq saxlayıb.

Paşinyan qeyd edib ki, Sünik sakinlərilə çoxsaylı görüşlər keçirib, onun sülh proqramını əhəmiyyətli dərəcədə dəstəkləyirlər. O, öz hökumətinə tapşırıb ki, erməni xalqına başa salsın ki, demarkasiya prosesi erməni torpaqlarının təslim edilməsinə bərabər deyil. “Biz Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə diqqətimizi yönəltməliyik və bu ərazidəki problemlərimizi həll etməliyik”, – o deyib və müasir Ermənistanın xəritəsini kənd sakinlərinə göstərib.

Saytların yığılması Saytlarin yigilmasi

Ermənistanın baş nazirinin şərhləri regionda sülhə və sabitliyə daha geniş can atmaq kontekstində səslənir. Paşinyanın sözlərinə görə, Ermənistanın əvvəlki sərhədlərinin bərpası ideologiyasına qayıtmağın tərəfdarı olanlar ölkəni öz mənfəətləri naminə münaqişəyə çəkirlər. “Biz heç nəyə iddia etmirik və heç kimin nəyəsə iddia etməsinə imkan verməyəcəyik. Məntiq belədir. Biz çətinliklərin öhdəsindən gəldik, dünyada elə qüvvələr var ki, bu dövlətin mövcud olmasını istəmirlər”, – o bildirib.

1992-ci ilin mayında erməni ordusu tərəfindən işğal edilmiş Kərki kəndi Ermənistanın Sünik rayonunun yaxınlığında yerləşir. Rəsmi Bakı Kərkinin Azərbaycana qaytarılmasını tələb edir. 19 kvadrat kilometr ərazini əhatə edən kənddə 149 erməni yaşayır. Kəndin statusu Ermənistanla Azərbaycan arasında mürəkkəb və tez-tez gərgin danışıqlarda mübahisə mövzusu olub.

Paşinyanın açıqlamaları bu cür mübahisəli ərazilərin nizamlanmasına səbəb ola biləcək müzakirələrdə iştiraka hazır olduğunu göstərir. Bu potensial dəyişiklik onun beynəlxalq səviyyədə tanınmış sərhədlərin qorunmasına və Ermənistanın gələcək ərazi münaqişələrinə cəlb edilməsinin qarşısının alınmasına yönəlmiş geniş strategiyasına uyğundur.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button