2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Paşinyan sülhdən və Qarabağ ‘vətəndaşlarından’ danışıb

Daxili və xarici təxribatlara baxmayaraq Ermənistan özünün strateji xəttindən sapmamalıdır.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun bildirir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan Milli Məclisdə hökumət proqramının səsə qoyulmasından əvvəl etdiyi yekun çıxışında deyib.

O deyib ki, strateji xətt ölkənin suverenlik və ərazi bütövlüyünün qorunub saxlanması və “sülh gündəliyi” ilə irəli doğru hərəkət üçün mümkün olan bütün tədbirlərin görülməsidir:

Saytların yığılması Saytlarin yigilmasi

“Amma biz aydın şəkildə təsdiqləməliyik ki, sülh gündəliyi ilə irəliyə doğru hərəkət edirik. Bəli biz dəqiq təsdiqləməliyik ki, silahlı qüvvələrimizi ərazi işğal etmək üçün yox, hər bir sülhsevər ölkə kimi öz suveren ərazimizin müdafiəsi üçün islah edirik. Bizim regionumuzda hər hansı bir dövlətə qarşı aqressiv niyyətimiz yoxdur və biz bunu dəqiq şəkildə təsdiqləməliyik”.

Azərbaycana daha bir ittiham

Paşinyanın sözlərinə görə, o cümlədən Milli Məclisdəki bəzi qüvvələr belə bir təəssürat yaratmağa çalışırlar ki, sərhədlərin demarkasiyası Ermənistana zorla qəbul etdirilən gündəlikdir, halbuki Ermənistan bu prosesə getməyə hazır olduğunu bildirib. O bu bəyanata Azərbaycan tərəfinin reaksiyasından danışıb:

“Fikir verirsinizsə, artıq Bakıdan demarkasiya və delimitasiya barədə bəyanatlar səslənmir. Əksinə, bu məsələnin gündəlikdən çıxarılmasına cəhdlər edilir. Ölkəmizin qarşısında duran çətinliklər çoxdur. Bu tribunadan demək istərdim ki, bu, 2018-ci ildən belədir”.

Paşinyan qeyd edib ki, Ermənistanın qarşısında duran problemlər daxili yox, xarici problemlərdir:

“Biz cəmiyyətimizi sülh gündəliyi ətrafında sıx birləşdirməliyik. Biz bu gündəliyi inkişaf etdirməliyik. Biz bu gündəliyi müdafiə etməyi bacarmalıyıq. Məntiqlə biz bu gündəliklə Ermənistan Respublikasının dayanıqlı inkişafını, Ermənistan Respublikası və Artsax (Qarabağ – red) Respublikasının təhlükəsizliyini və onların vətəndaşlarının xoşbəxtliyini təmin etməliyik. Bu, xalqın bizə verdiyi mandatdır”.

Nikol Paşinyan vurğulayıb ki, daxili siyasi böhranın çözülmədiyini iddia edən qüvvələr xarici böhranlara ümid bəsləyirlər.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button