Loading...
Loading...
Cəmiyyət

Paşinyan: Yaxın 5 ildə Xarici Kəşfiyyat Xidməti yaradılacaq

Yaxın 5 ildə Ermənistanda Xarici Kəşfiyyat Xidməti yaradılacaq.

AzadlıqRadiosu Ermənistan xidmətinin avqustun 18-də verdiyi məlumata görə, bunu Ermənistanın baş nazir Nikol Paşinyan həmin gün hökumətin iclasında 2021-2026-cı illər üçün hökumət proqramını təqdim edərkən deyib.

Paşinyanın sözlərinə görə, Ermənistanda minimum əməkhaqqı təxminən 176 ABŞ dolları səviyyəsində müəyyən ediləcək.

Sonuncu dəfə Ermənistanda minimum əmək haqqı 2020 -ci il yanvarın 1 -də qaldırılmışdı. Həmin vaxt minimim əməkhaqqı 114 dollardan 141 dollara qaldırılmışdı.

Paşinyanın sözlərinə görə, yaxın 5 ildə Ermənistanda 300 məktəb və 500 uşaq bağçası tikiləcək və ya təmir ediləcək.

O, həmçinin qeyd etdi ki, bütün ailələrdə 6 yaşdan kiçik hər üçüncü və sonrakı uşağa hər ay 103 dollar veriləcək.

Hökumətin 2021-2026 -cı illər üçün nəzərdə tutulmuş proqramında, 2026-cı ilə qədər orta illik iqtisadi artımın 7%, əlverişli xarici şəraitdə isə 9% olması planlaşdırılır.

Proqramda həmçinin 2026 -cı ilə qədər ölkədə yoxsulluğun səviyyəsini təxminən yarıbayarı azaldaraq 10% ə çatdırılması nəzərdə tutulur.

Ermənistan Konstitusiyasına görə, yeni hökumət formalaşdıqdan sonra, 20 gün ərzində öz fəaliyyət proqramını parlamentin təsdiqinə təqdim etməlidir.

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  General Nizami Məmmədov həbs olundu - FOTO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button