2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Paşinyanı ölümlə hədələyən qarabağlıya cinayət işi açıldı (VIDEO)


Ermənistanda hökumət binasının zəbt edilməsi cəhdində şübhəli bilinən 5 nəfər saxlanıb.

Bu barədə məlumatı AzadlıqRadiosunun Erməni xidməti İstintaq Komitəsinə istinadən verir.

Məlumatda deyilir ki, yanvarın 28-də, axşam saat 17 radələrində bir qrup şəxs əvvəlcədən əlbir olaraq Ermənistan hökumətinin binasını ələ keçirməyə cəhd göstərib.

Saytların yığılması Saytlarin yigilmasi

İstintaq Komitəsi bu fakt üzrə “bir qrup şəxs tərəfindən binaların, tikililərin, nəqliyyat və rabitə vasitələrinin əvvəlcədən danışılmış şəkildə ələ keçirilməsində iştirak” maddəsi ilə cinayət işi açıb.

İlkin istintaqa başlandığı bildirilir.

 

Azatutyun yazır ki, bugünlərdə bir neçə yüz adam Yerevanın mərkəzindəki Respublika meydanına toplaşaraq baş nazir Nikol Paşinyanın istefasını tələb edib.

Onlar Paşinyanı Ermənistanın Qarabağ müharibəsindəki məğlubiyyətinin əsas səbəbkarı saydıqlarını bildiriblər.

Bundan sonra etirazçılar hökumət binasına soxulmağa cəhd göstəriblər. Lakin onların qarşısı polis və təhlükəsizlik qüvvələri tərəfindən alınıb.

Etirazçılardan bir neçəsi saxlanaraq polis idarələrinə gətirilib.

 

“Qarabağ deputatına” cinayət işi açılıb

Bu arada Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) bildirir ki, Dağlıq Qarabağ separatçılarının “milli məclisinin” keçmiş deputatı Vaan Badasyana qarşı cinayət işi açılıb.

Bu barədə Azatutyuna Badasyanın vəkili Araik Papikyan xəbər verib.

Badasyan hakimiyyətin qəsb edilməsinə, ərazi bütövlyünün pozulmasına və konstitusiya quruluşunun zorakı şəkildə devrilməsinə çağırışlarda ittiham olunur.

MTX Badasyanın həbs edilməsi üçün məhkəməyə vəsatət təqdim edib.

Papikyan bildirib ki, onun müştərisi ittihamları qəbul etmir.

Yanvarın 28-də Yerevandakı Yerablur panteonunda jurnalistlərin suallarına cavab verən Badasyan baş nazirin silahdan istifadə ilə məhv edilməsinə çağırış etmişdi.

Həmin gün baş nazir Nikol Paşinyan və digər rəsmi şəxslər də Yerabluru ziyarət edirdilər.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button