2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Paşinyanın açıqlaması: Müharibəni qaçılmaz edən nə olub?


“Biz diplomatiyada uğursuzluğa düçar olmadıq, son 20-25 ildə baş verən diplomatik uğursuzluqların yükündən qurtarmaq cəhdlərini bacarmadıq. Əvvəlki uğursuzluqların nəticələrindən qaçmağa çalışarkən uğursuzluğa uğradıq, bax həqiqət budur”.

Bu sözləri xalqa müraciətində Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Bir çoxunuz inanmayacaqsınız…”

Saytların yığılması Saytlarin yigilmasi

«Son 25 ildə müxtəlif instansiyalarda qəbul etdilən çoxsaylı sənədlərdə Azərbaycan ərazilərinin işğal olunduğu və bu məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması, bu uğur idimi? 2013-cü ildən başlayaraq Azərbaycan hərbi eskalasiya mərhələsinə başladı və buna görə onu heç kim qınamadı. Bu idimi diplomatik uğur? Niyə? Çünki təyyarədəki tualetə gedəndə qapını bağlayırsan, orda yazılıb: “işğal olunub”.  Bir çoxunuz inanmayacaqsınız, amma bu, 2000-ci illərdəki müzakirələrdə iştirak edən birinin demək olar ki, açıq şəkildə səsləndirdiyi dəqiq bir sistatdır”.

“…şifahi vədlərdən sonra müharibəni dayandıra bildiniz”

Paşinyan müharibə olmadan məsələnin həll edilə biləcəyi ilə bağlı ona qarşı irəli sürülən ittihamlara da cavab verib.

“Bizi müharibədən qaça bilməməkdə ittiham edirlər. Əgər siz bacarsaydınız 2016-cı ildəki müharibədən qaçardınız. Siz qaça bilmədiniz, siz müharibəni dayandıra bilmədiniz, amma əraziləri qaytarmaqla bağlı şifahi vədlərdən sonra müharibəni dayandıra bildiniz”

Paşinyan: Bizə dedilər Ermənistan ötən dövrlərdə  vəd versə də buna əməl etmədi

Nikol Paşinyan “bəs bu dəfə bunu etmək niyə mümkün olmadı” sualına da  belə cavab verir. 

“Bizə dedirlər ki, Ermənistan ötən dövrlərdə bir neçə dəfə topaqların geri qaytarılmasını vəd versə də buna əməl etmədi. İndi ancaq yazılı fomada və konkret tarix göstərilməklə danışıqlar davam etdirilə bilər.”

“Bəs onda siz niyə …”

Ermənistan baş nazirinə görə, müharibəni ancaq “9 noyabda imzalanan sənədin eynisini imzalamaqla” dayandırmaq olardı.

«Mən müharibəyə qədər və ondan sonra imzalanmalı olan sənədi nəzərdə tuturam. Yeri gəlmişkən, müharibənin birinci günü parlamentin tribunasından mən dedim ki, müharibəni bu saat dayandıra bilərəm, onu da dedim ki, bu bizə hansı qiymətə başa gəlir. Bəs onda siz niyə müharibənin həmin şərtlərlə dayandırılmasına razı olduğunuzu bəyan etmədiniz?

Paşinyan daha sona “futbol diplomatiyası qaydaları ilə” Türkiyənin də Qarabağ məsələsinə daxil olduğunu deyib.

“Erməni diplomatiyasının uğursuzluğu üzündən o, (Tükiyə nəzərdə tutulur) Azərbaycanın ərazilərinin işğal altında qaldığı müddətdə Ermənistanla əlaqələr qurmayacağını açıqladı.”

Bir müddət əvvəl Ermənistanın keçmiş prezidenti Röbert Köçəryan yerli 5TV-yə müsahibəsində hazırkı hakimiyyəti 44 günlük müharibə ilə bağlı tənqid edib. O deyib ki, Dağlıq Qarabağda müharibədən həm qaçmaq olardı, həm də başlayan müharibəni elə ilk günlər dayandımaq olardı.

Xatırlatma

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edilib. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

 

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button