Xəbərlər

Paşinyanın kommunikasiyaların açılması, regionun inkişafı və düşmənçiliyin aradan qaldırılması ilə bağlı fikirləri

Loading...

Bakı/25.10.21 Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bugünki iclasında regionun iqtisadi və nəqliyyat infrastrukturundan istifadə məhdudiyyətlərinin qaldırılmasının tərəfdarı olduğunu, bunun Ermənistan iqtisadiyyatına müsbət təsir göstərəcəyini bildirib.

“Ermənistan ətrafında əlverişli xarici mühit yaratmaq regionda düşmənçilik mühitinin aradan qaldırılması, danışıqlar prosesinin və Qarabağ münaqişəsinin nizamlanmasının bərpa edilməsi, regional iqtisadi və nəqliyyat infrastrukturundan istifadə məhdudiyyətlərinin qaldırılması ilə mümkündür”, deyə Paşinyan bildirib.

O, Azərbaycanla sərhədlərin delimitasiyasını və demarkasiyasını regional təhlükəsizliyi gücləndirən amil adlandırıb, bunu “Azərbaycan SQ-nin Ermənistan ərazisindən çıxarılması” ilə əlaqələndirib. -02D-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button