2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Paşinyanın oğlunun Qarabağda xidmət keçməsi ilə bağlı Zakir Həsənovdan AÇIQLAMA

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

24saat.org Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, cəbhə xəttində hazırkı vəziyyətin müzakirə olunduğu görüşdə general-polkovnik Z.Həsənov vurğulayıb ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin nizamlanması ilə bağlı danışıqlarda tərəqqinin əldə edilməsinə başlıca maneədir.

T.Klaar da öz növbəsində Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması üçün münaqişənin tezliklə sülh yolu ilə həllinin vacibliyini qeyd edib. Qonaq Ermənistanın yeni baş naziri Nikol Paşinyanın hazırda yürütdüyü siyasətin münaqişənin sülh yolu ilə həllinə yönəldiyinə ümidvar olduğunu bildirib. Diplomat həmçinin Aİ-nin bu istiqamətdə danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu vurğulayıb.

Müdafiə naziri qonaqların diqqətinə çatdırıb ki, Ermənistanın yeni rəhbərliyinin Azərbaycanın əleyhinə yönəlmiş hərbi ritorikalı çıxışları, xüsusilə baş nazir və müdafiə nazirinin öz övladlarını ölkəmizin işğal olunmuş ərazilərinə hərbi xidmətə göndərmələri bu hakimiyyətin də münaqişənin sülh yolu ilə həllində maraqlı olmamasına sübutdur.

Saytların yığılması Saytlarin yigilmasi

Z. Həsənov xüsusi qeyd edib ki, münaqişənin tezliklə həll edilməsi üçün Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməklə işğalçı ordusunun bölmələrini torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarmalıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button