Paşinyanın postu Ermənistanda çaşqınlıq yaradıb
class=”mediyanet-inline-adv”>
Paşinyan öz şəxsi Facebook səhifəsində hakim partiyasının “Mülki müqavilə” siyasi məktəbi üçün hazırladığı “Ermənistan Respublikasının sosial psixologiyası” mövzusunda çıxışını dərc edib. Paşinyan açıqlamasında 1915-ci il hadisələri üçün Ermənistanda işlədilən “soyqırım” əvəzinə “Böyük Fəlakət (Meds Yeghern)” və “cinayət” sözlərindən istifadə edib. Qısa müddətdə müxalifət dairələrindən reaksiya alan Paşinyanın bu sözləri ölkədə gündəm olub. Paşinyan 1915-ci illə bağlı “soyqırım” əvəzinə “Böyük fəlakət” (Meds Yeghern) ifadələrini işlətdiyi üçün müxalifət tərəfindən “erməni soyqırımını inkar etməkdə” ittiham edilib. Digər tərəfdən, Paşinyanın müavini Andranik Köçəryan “Paşinyan erməni soyqırımını inkar etmir. Belə bir şey ola bilməz. “Bizim işimiz zamanı erməni soyqırımının tanınması ilə bağlı silsilə proseslər baş verdi. Aprelin 24-də ABŞ-da verdiyi açıqlamalarda “soyqırım” deməyəndə ermənicə “Meds Yeghern” ifadəsini işlədib.
2024-04-17 05:12:07
Tərcümə“24 SAAT”