2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Paşinyanla Putin Azərbaycanla sülhü müzakirə edib

Yayımlandı: 13 Mart 2023 16:09

Rusiya Prezidenti sülhməramlılarla təması vacib sayır

Martın 13-də Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə zəng edib.

Saytların yığılması Saytlarin yigilmasi

Dövlət başçıları Bakı, Yerevan və Moskva arasında üçtərəfli sazişlərin icrasını, eləcə də Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Məlumatı Kremlin mətbuat xidməti yayıb.

Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illər üçün məlum sazişlərin bütün spektrlərinin həyata keçirilməsinin praktiki aspektləri, o cümlədən Ermənistan-Azərbaycan sərhədində sabitliyin və təhlükəsizliyin təmin edilməsi, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı addımlar nəzərdən keçirilib”, –  deyə mətbuat xidməti qeyd edib.

Məlumatda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlandığı da vurğulanıb.

Kremldən bildiriblər ki, Vladimir Putin Qarabağ ətrafında mövcud vəziyyətin müzakirəsi zamanı bütün məsələlərin konstruktiv şəkildə, tərəflərin Rusiya sülhməramlıları ilə sıx təmasda və qarşılıqlı fəaliyyətdə həllinin vacibliyini vurğulayıb.

Elə bu gün Azərbaycan Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edib.

Prezident Administrasiyasının yaydığı məlumata görə, görüşün yaxın günlərdə Bakıda keçirilməsi təklif olunur.

Martın 1-də deputat Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.

Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak etmişdi.

Martın 5-də Azərbaycan-Ermənistan silahlı qüvvələri arasında atışma yaşanıb.

Nəticədə hər iki tərəfdən 5 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Tərəflə atəşkəsin pozulmasında bir-birlərini günahlandırıblar.

2020-ci il noyabrın 10-da imzalanan atəşkəs müqaviləsindən sonra tez-tez tərəflər arasında atəşkəs pozulur və onlar bir-birlərini günahlandırırlar.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button