2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Pasxanın qəribə adətləri

“The İndependent” qəzeti katoliklərin dörd gün davam edəcək Pasxa bayramına, aprelin 14-də- Mübarək cümə günündə start verib.

Məqalədə dünyanın müxtəlif ölkələrində yer alan ən qəribə Pasxa mərasimlərindən söz açılır.

Saytların yığılması Saytlarin yigilmasi

Filippində könüllü çarmıxa gərilmə

Mübarək cümə günündə Filippin katolikləri İsa peyğəmbərin çarmıxa çəkilməsinin teatrlaşdırılmış mərasimini keçirirlər. Mömin katoliklər özlərini şallaqlayır və nəhəng taxta xaçları bellərində daşıyırlar. Amma mərasim özünün kulminasiyasına azı üç mömin könüllünün mismarlanaraq çarmıxa çəkilməsi ilə çatır. Kilsə belə şəbih tamaşalarına müsbət yanaşmır, ölkənin Səhiyyə Nazirliyi isə möminləri özlərini çarmıxa çəkərkən steril mismarlardan istifadəyə və tetanusdan peyvənd olunmağa çağırır.

Yeni Zelandiyada dovşan qırğını

Bütün dünyada toppuş dovşanlar baharın müjdəçisi kimi əzizlənsə də, Yeni Zelandiyanın Mərkəzi Otaqo rayonunda onları əkinlərin ziyanvericisi hesab edirlər. Məhz buna görədir ki, əsası 26 il əvvəl qoyulmuş mərasimdə ovçulara 24 saat ərzində dovşan ovlamaq icazəsi verilir. Təbiidir ki, yarışın qalibi daha çox dovşan öldürmüş ovçu sayılır. Hazırkı rekord 23 min öldürülmüş dovşandır.

Korfuda saxsı qabların sındırılması

Yunanıstanın Korfu adasında Pasxa şənbəsinin kilsə zəngləri çalınan kimi sakinlər əllərinə düşən saxsı qabları balkonlarından küçəyə vızıldadırlar. Onların inamına görə, bu qabları ölümün başına çırpırlar. Deyilənlərə görə, korfulular bu adəti Yeni il gecəsində evlərindəki köhnə əşyaları pəncərədən küçəyə atan venesiyalılardan götürüblər.

Xiosda “kilsələrarası raket zərbələri”

Yunanıstanın başqa bir adası – Xiosda Pasxa gecəsi iki kilsə bir-birilə əsl “raket zərbəsi” mübadiləsinə başlayır. “Raket müharibəsi” və ya yerli dildə “rouketopolemos” Müqəddəs Mark və Panagiya Ereytani kilsələri arasında baş verir. Dindarlar bir-birindən 400 metr aralıda olan kilsələrdən fişəng atırlar. Ertəsi gün səhər kilsələrin zənglərindəki fişəng izləri hesablanır. Zənginə daha çox fişəng dəymiş kilsə təbii ki, məğlub elan edilir.

İtaliyada Bakirə Məryəmin qaçışı

La Madonna Che Scappa və ya “Qaçağan Madonna” tamaşası Pasxa bazar günü Sulmonada başlanır. Adamlar Dirilmiş İsanın, müqəddəslər İoan və Pyotrun fiqurlarını yürüş edərək San Filipo kilsəsinə daşıyır və burada “dirilmə” müjdəsini lorettalı Məryəmə çatdırırlar. Bu xəbəri eşidən Məryəm əvvəlcə sakitcə kilsədən çıxır, sonra isə sürətlə “oğluna” tərəf qaçır. İştirakçılar bu anı alqışlar və fişənglərlə salamlayırlar.

Fransada nəhəng qayğanaq

Fransada Ho qəsəbəsinin qədim ənənəsinə görə burada hər il Mübarək bazar ertəsində bütün min nəfərlik əhalini doyuracaq nəhəng qayğanaq bişirilir. Bunun üçün qəsəbə aşpazları 5 min yumurtadan, 50 kiloluq qaxac olunmuş doniz əti didməsindən, soğan və sarımsaqdan eni 3 metrə çatan qayğanaq bişirirlər. Bu ənənənin cəmi 30 yaşı olsa da, bəzi ağsaqqallar onu tarixi hadisə ilə bağlayırlar. Guya Napoleon bu yerlərə gələndə qoşunu üçün nəhəng qayğanağın bişirilməsini əmr edibmiş.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button