2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Pavel Durov aylıq ödənişli Telegram Premium-u anons edib

    Uzun müddət idi ki, internetdə Telegram Premium barəsində məlumatlar ortaya çıxırdı. Pavel Durov öz Telegram kanalında aylıq ödənişli Telegram Premium-un yaxın zamanda istifadəyə veriləcəyini rəsmi şəkildə təsdiqləyib. O qeyd edib ki, digər messencerlərdən fərqli olaraq Telegram öz fəaliyyətinə başlayan zaman istifadəçilərə çoxlu sayda faydalı funksiyanı pulsuz şəkildə təqdim edib. Lakin istifadəçilər messencerin imkanlarının genişləndirilməsində maraqlıdırlar. Buna görə də messencer rəhbərliyi bunun reallaşdırılması üsullarını axtarmağa başladı.

Saytların yığılması Saytlarin yigilmasi

    Təəssüflər olsun ki, messencerdə mövcud olan bütün limitləri və məhdudiyyətləri aradan qaldırmaqla bunu etmək mümkün deyil. Belə ki, bu halda messencerin dəstəklənməsi üçün nəzərdə tutulmuş büdcə tez zamanda bitmiş olar. Buna görə də onlar üçün Telegram Premium istifadəyə veriləcək. Telegram Premium istifadəçiləri əlavə funksiyalar, daha sürətli yükləmə imkanları və daha geniş resurslar əldə edəcəklər. Bununla belə Pavel Durov qeyd edib ki, Telegram-da mövcud olan pulsuz funksiyalar olduğu kimi qalacaqlar və istifadəçilər əvvəlki kimi onlardan istifadə edə biləcəklər.

    Bundan əlavə olaraq gələcəkdə pulsuz funksiyaların sırasına yeniləri əlavə ediləcək. Telegram Premium istifadəçiləri isə messencerdə istifadəyə veriləcək yeni funksiyaları ilk əldə edəcək şəxslər olacaqlar. Həmçinin adi istifadəçilər üçün bəzi premium funksiyalar da istifadəyə veriləcək. Pavel Durov-un fkrincə Telegram reklam elanları vasitəsilə deyil, məhz istifadəçilər tərəfindən maliyyələşdirilməlidir. Bu səbəbdən də Telegram-ın əsas prioriteti reklamçılar yox adi istifadəçilər olacaqlar. Telegram Premium-un dəqiq olaraq nə zaman istifadəyə veriləcəyi və onun aylıq ödənişinin nə qədər təşkil edəcəyi barəsində hələ heç bir məlumat verilməyib.

24 saat” “Pavel Durov aylıq ödənişli Telegram Premium-u anons edib” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button