2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Paytaxt bu yayı da ventilyasiyasız vaqonlarla yola verəcək

Təxminən iki il bundan əvvəl “Bakı Metropoliteni”nin rəhbərliyi paytaxt metrostansiyaları ilə bağlı böyük planların olduğunu açıqlamışdı.

Açıqlamada 2030-cu ilədək Bakı Metropolitenində stansiyaların sayının 76-dək artırılacağı, yəni əlavə 53 yeni stansiyanın  tikilib istifadə veriləcəyi bildirilmişdi. “Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi”nə uyğun olaraq Bakı metrosunun 5 ayrı xəttdən ibarət olacağı və  “Yaşıl”, “Qırmızı”, “Sarı”, “Bənövşəyi” və

Saytların yığılması Saytlarin yigilmasi

“Mavi” xətlər üzrə hərəkət edəcəyi açıqlanmışdı. Elə o zaman mətbuat nümayəndələrinin “metrostansiyaların ventilyasiya sistemi nə zaman həll olunacaq?” sualına rəhbərlikdən bu məsələnin yeni vaqonların alınması ilə yoluna qoyulacağı bildirilmişdi.

Məlum açıqlamalardan iki il keçir. Yeni metrostansiyaların tikintisində yaranan durğunluq öz yerində. Amma acınacaqlısı odur ki, paytaxt əhalisi bu ilin yay mövsümünü də ventilyasiyasız vaqonlarla yola verməli olacaq. Bunu Bakı Metropoliteni-nin mətbuat katibi Nəsimi Paşayev də etiraf edib: “İndi istifadə olunan qatarlarımızdan heç biri istismar müddətini başa vurmayıb.

Ona görə biz həmin qatarları xətdən də çıxa bilmərik. Biz onları təmir edirik, əsaslı və cari təmirdən keçiririk, tamamilə rekonstruksiya edirik. Hətta mövcud qatarlara yeniliklər belə tətbiq edə bilirik. Ancaq havalandırma, kondisioner sisteminin quraşdırılması hələ ki, mümkün görünmür. Bəli, bu bizim danılmaz faktımızdır ki, yeni aldığımız 3 qatar istisna olmaqla köhnə qatarların içində hava isti olur. Bu problemi də gələcəkdə, köhnə mövcud qatarlarımız istismar müddəti başa çatdıqdan sonra yeni qatarlar alınarkən həll edəcəyik. Bu məsələdə diqqətli olub, kondisionerli vaqonlar alınacaq.”

Bəli, metropoliten rəsmisinin sözlərindən aydın olur ki, əhali bu il də  sərin vaqonlarda gediş-gəliş xəyalını unutmaq məcburiyyətindədir.  Amma N. Paşayev mətbuata açıqlamasında onu da bildirir ki, mövcud qatarlarda  ventilyasiya sistemi-kondisionerlər olmasa da, vaqonlarda havanı təbii havalandırma ilə maksimum dəyişməyə çalışırlar. “Əsas məsələ yerin altında, tunnellərdə havanın daha təmiz və sərin saxlanılmasından gedir. Biz sadəcə təbii havalandırma, eyni zamanda ventilyasiya vasitəsilə tunellərdə və stansiyalarda havanı bacardığımız qədər sərin saxlamağa çalışırıq. Və ən əsası insan həyatına təhlükə törətməyəcək səviyyədə təmiz saxlanılmasına önəm veririk. Buna da nail olmuşuq. Bununla bağlı kifayət qədər texnika və avadanlıq almışıq. Hər tərəfli şəkildə ölçüb-biçirik ki, hansısa bir problem olmasın”- deyir mətbuat xidmətinin rəhbəri.

Bakı metropoliteninin ventilyasiya məsələsi illərdir paytaxtın ən önəmli problemlərindən biri olaraq qalır. İllərdir bu qədər tikintilərə, texnika və avadanlıqların alınmasına çəkilən xərclərdənsə,  vaqonların havalandırma sistemini kökündən həll etmək daha doğru olmazdımı?

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button