2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Paytaxt prokuroru Ali Məhkəməyə hakim getdi

Milli Məclisin 25 aprel iclasında Ali Məhkəməyə yeni hakim seçilib. Prezident İlham Əliyevin təqdimatı ilə Əziz Seyidov Ali Məhkəmənin hakimi olub.

Əziz Seyidov Bakı şəhər prokuroru vəzifəsində çalışır.

Saytların yığılması Saytlarin yigilmasi

Əziz Cəfər oğlu Seyidov 1956-ci ildə Gəncə şəhərində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1983-cü ildən prokurorluq orqanlarında xidmət edir. Bakının Nizami Rayon Prokurorluğunda, Bakı Şəhər Prokurorluğunda müstəntiq, böyük müstəntiq, Baş Prokurorluğun İstintaq İdarəsində mühüm işlər üzrə müstəntiq olub.

Respublika Hərbi Prokurorluğunun İstintaq İdarəsinin rəisi postunu tutub, Baş Prokurorluqda şöbə rəisi, idarə rəisi vəzifələrində işləyib. 2007-ci ilin aprel ayında Bakı şəhər prokuroru təyin olunub. (Novator.az)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button