2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Paytaxt sakinləri arasında bu qrip virusları yayılıb — SİYAHI

“Son 3 ildə apardığımız elmi tədqiqatların nəticələrinə görə, Bakıda – həm böyük, həm də uşaq əhalisi arasında təhlükəli A qrip virusu aşkar edilməsə də, B qrip virusu aşkar olunub. B qrip virusu isə o qədər təhlükəli deyil”.
“Ölkə.Az” xəbər verir ki, bunu APA-ya Səhiyyə Nazirliyinin Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Virusologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Lalə Rüstəmova deyib.
O bildirib ki, 3 il müddətinə Bakıda müayinə olunan kontingentin 1,7%-də B qrip virusu, 3,3%-də adenovirus, 1,8%-də sinsitsial kəskin respirator virus infeksiyaları aşkarlanıb: “Bu rəqəmlər çox kiçik göstəricilərdir. Müayinə olunan 100 nəfərdən 2-də B qrip virusu tapılıb. Bu göstəricilərə əsasən demək olar ki, Bakıda kəskin respirator virus infeksiyaları epidemik həddi ötməyib, yəni burada epidemiyadan söhbət gedə bilməz”.
Şöbə müdiri qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2016-cı ilin noyabr ayına olan məlumatına görə, mövsümi qripdən hər il 3-5 milyon nəfər ağır formada xəstələnir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button