2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Paytaxt və ətrafda qrunt suyunun səviyyəsi artıb

Telman Zeynalov: “Əhalinin zərər çəkməməsi üçün qabaqlayıcı tədbirlər görmək gərəkir”

Bakı və Abşeronda subasma prosesinin dinamikasında aprel ayı üçün aktivlik qeydə alınıb və ərazilərin qrunt suları ilə basılması müşahidə olunub. Ekologiya və təbii sərvətlər nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bu barədə APA-ya deyib.
Onun sözlərinə görə, Binəqədi qəsəbəsi, Məlik Aslanov küçəsi və ətraf ərazilərdə atmosfer yağıntıları qrunt sularının səviyyəsinin qalxmasına səbəb olub. Nəticədə ərazinin qrunt suları ilə basılması baş verib. Həmçinin, Maştağa – Zabrat subasma sahəsi, Daş Karxanası yaşayış massivi və Qala qəsəbəsində qrunt sularının səviyyəsinin qalxması nəticəsində subasma prosesinin dinamikasında aktivlik qeydə alınıb.

Saytların yığılması Saytlarin yigilmasi

Ə. Qaralov qeyd edib ki, Zabrat – Məhəmmədi subasma sahəsində gölün səviyyəsinin qrunt suları hesabına qalxması və ətraf ərazilərin su ilə basılması müşahidə olunub.
Tanınmış ekoloq Telman Zeynalov Azadlıq.info-ya açıqlamasında sözügedən ərazilərdə qrunt sularının səviyyəsinin qalxmasını bir neşə amillə əlaqələndirir. Yağıntının miqdarının çoxalması, qışda əraziyə düşən güclü qarın əriməsi qrunt sularının səviyyəsinə təsir edib. Eləcə də, Xəzər dənizində suyun qalxması da qrunt suyunun səviyyəsini artırıb:
“Bu proses normal şəkildə olan bir məsələdir. Lakin onu adi təbiət hadisəsi kimi qəbul edib arxayınlaşmaq olmaz. Qrunt suyunun səviyyəsinin artmasından əhalinin zərər çəkməməsi üçün qabaqlayıcı tədbirlər görmək lazımdır. Əlaqədar orqanlar kanalizasiya xətlərinin işlək vəziyyətdə olmasına nəzarət etməli, qəzalı xətlərin təmir edilməsini həyata keçirməlidir. Yoxsa qrunt suyunun səviyyəsinin artmasını sıradan bir hadisə kimi qəbul edib onun özünün də çəkiləcəyini gözləmək olmaz. Arxayın olub ehtiyat tədbirləri görməmək əhalinin ziyanına işləyir”.

Nigar

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button