2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Paytaxtda minik avtomobili maneəyə çırpılaraq aşıb, 3 nəfər yaralanıb

Bakının Səbail rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Salyan şossesi ilə hərəkətdə olan “99-EE-114” dövlət qeydiyyat nişanlı “Audi” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolayrıcındakı maneəyə çırpılıb. Zərbə o qədər güclü olub ki, avtomobil aşaraq yol kənarındakı ağaca da dəyib.
Yol Patrul Xidmətinin əməkdaşı polis çavuşu Səxavət Abdullayev “Report”a açıqlamasında bildirib ki, qəza nəticəsində 3 nəfər xəsarət alıb, avtomobil isə deformasiyaya uğrayıb.
Xəsarət alan sərnişinlər – 1981-ci il təvəllüdlü Muradova Leyla Ağakərim qızı və 1981-ci il təvəllüdlü Əliyev Firdovsi Asif oğlu xəstəxanaya yerləşdirilib. Sürücüyə (hələlik adı açıqlanmır) isə hadisə yerində ilkin tibbi yardım göstərilib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

Report

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button