2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Pedro Almodovarın yeni filmi: “Paralel analar”

Rejissor: “Bu analar digərlərindən fərqlidir”

İspaniyalı rejissor Pedro Almodovarın yeni filminin tizeri yayımlanıb.

Söhbət baş rolda Penelopa Kruzun çəkildiyi “Madres paralelas” – “Paralel analar” dramından gedir.

Saytların yığılması Saytlarin yigilmasi

Filmdə doğum evində tanış olan iki qadından bəhs olunur. Onların hər ikisi də hamiləliyi planlaşdırmayıb.

Penelopanın qəhrəmanı ana olmağın sevincini yaşasa da, yeni tanışı, yeniyetmə ana isə yaşadıqlarından qorxuya düşüb.

Xəstəxanada onların arasında əlaqə qurulur və təsadüfi görüş qadınların həyatını dəyişir.

“Bu filmimdə mən əcdadların, nəsillərin əhəmiyyətindən danışıram. Filmoqrafiyamda çoxlu sayda ana obrazları olub. Amma bu analar digərlərindən fərqlidir”, – Almodovar deyib.

Yeri gəlmişkən, Penelopa Kruz 2006-cı ildə Pedro Almodovarın çəkdiyi “Qayıdış” filmində də ana obrazını canlandırıb.

Ümumiyyətlə, Aladovar yaradıcılığında qadına xüsusi yer verilir.

Rejissor filmlərində İspaniyanın patriarxal, mühafizəkar, bürokratik, burjua, sosial, siyasi problemlərini göstərir.

O, filmlərində mübarizəni qadınlar vasitəsilə göstərir və aparır.

“Paralel analar” dram filminin premyerası 78-ci Venesiya Film Festivalında olacaq.

Festival sentyabrın 1-dən 11-dək davam edəcək.


24 saat” “Pedro Almodovarın yeni filmi: “Paralel analar”” başlıqlı yazını “”yə istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button