2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Pegasus adlı məşhur casus tətbiqi İspaniyanın baş və müdafiə nazirinin smartfonlarında aşkar edilib

    İsrailin NSO Group şirkətinin Pegasus adlı məşhur casus tətbiqi İspaniyanın baş naziri Pedro Sanchez və müdafiə naziri Margarita Robles-in smartfonlarında aşkar edilib. Bu barədə Reuters saytı hökumət aparatı rəhbəri Felix Bolanos-un bəyanatına istinadən verib. Məlumata əsasən baş nazir Pedro Sanchez-in smartfonu 2021-ci ilin may ayında hack edilib. Nəticədə smartfondan konfidensial məlumatlar oğurlanıb. Bununla belə Felix Bolanos öz bəyanatında sözügedən hadisənin arxasında kimin və ya kimlərin dayandığı barəsində məlumat verməyib. Müdafizə naziri Margarita Robles-in smartfonunun isə nə zaman hack edildiyi qeyd edilməyib. “Sözügedən müdaxilələr qeyri-qanuni və xarici olublar. Xarici dedikdə isə o nəzərdə tutulur ki, həmin müdaxilələr qeyri-rəsmi və hökumət icazəsi olmadan reallaşdırılıb” – deyə Felix Bolanos qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

    O həmçinin qeyd edib ki, baş vermiş bu hadisələr barəsində məlumatlar Ədliyyə Nazirliyinə ötürülüb. Ədliyyə Nazirliyi isə öz növbəsində bu hadisələrin istintaqına başlamağa və onlarla bağlı cinayət işinin açılmasına hazırlaşır. Məlumatda qeyd edilib ki, yüksək vəzifəli ispan rəsmilərinin danışıqlarının dinlənilməsi xəbəri İspaniyanın hal hazırki hakimiyyətinə olan ictimai-siyasi təzyiqin fonunda ortaya çıxıb. Hal hazırda olan ictimai-siyasi təzyiq çərçivəsində hakimiyyətdən Pegasus casus tətbiqinin onlarla katalonlunun izlənməsində istifadəsi ilə bağlı məsələnin aydınlaşdırılması tələb edilir. Qeyd etmək lazımdır ki, katalonların Pegasus vasitəsilə izlənmələri barəsində məlumatı Kanadanın Citizen Lab. adlı təşkilatı vermişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button