2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Pekin və Moskvadan Si və Putinin söhbətinə fərqli yozum

Rusiya prezidenti Vladimir Putin dekabrın 30-da deyib ki, Çin lideri Si Tsinpin gələn ilin əvvəllərində onun ölkəsinə dövlət səfəri edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Şərhçilər bildirirlər ki, Putin bu səfərin, Rusiyanın Ukraynadakı hərbi uğursuzluqlarına baxmayaraq Moskva və Pekin arasında həmrəyliyin nümayişi olacağını düşünür.

Lakin Reuters agentliyinin yazdığına görə Çinin iki lider arasında dekabrın 30-da yer almış video söhbət barədə rəsmi məlumatı Pekin və Moskva arasındakı fikir ayrılığını nümayiş etdirib.

Əvvəla Pekinin rəsmi məlumatında Sinin Rusiyaya səfəri barədə heç nə deyilməyib.

Rəsmi məlumatda xüsusilə vurğulanır ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə nə dəstək verən, nə də onu pisləyən Pekin bu məsələdə özünün “obyektiv və ədalətli” mövqeyində qalacaq.

Rusiya ötən fevralda Ukraynaya qarşı müharibəyə başlayandan bəri Qərb ölkələri Moskvaya arxa çeviriblər, üstəlik bu müharibədə Ukraynaya güclü iqtisadi və hərbi dəstək veriblər.

ABŞ və Avropa İttifaqı Rusiya üzərinə ən ağır sanksiyalar qoyub. Belə bir şəraitdə Vladimir Putin Rusiyanın ənənəvi rəqibi olan Çinə üz tutmalı olub.

“Biz Sizi gözləyirik əziz cənab Sədr”

Putinin televiziya ilə oxuduğu müraciətdə deyilirdi:

“Biz sizi gözləyirik, əziz cənab Sədr, biz sizin gələn yaz Moskvaya dövlət səfərinizi gözləyirik. Bu əsas məsələlərdə Rusiya-Çin bağlarının gücünü nümayiş etdirəcək”.

Putin habelə Çinlə Rusiya arasında hərbi əməkdaşlığın güclənəcəyinə ümid etdiyini deyib. Amma Çin dövlət telekanalının məlumatında bu məqam da yoxdur.

Si Putini “əziz dost” adlandırsa da, onun çıxışından dörd dəfə qısa olan giriş sözündə praqmatik tox saxlamağa çalışıb.

Putin və Si ötən fevralda Rusiyanın Ukraynaya müdaxiləsindən az əvvəl görüşərkən Qərbə ortaq inamsızlıqlarından və aralarındakı “strateji əməkdaşlığın hüdudsuzluğundan” danışmışdılar.

Qərb iqtisadiyyatları Moskva üzərinə misli görünməmiş sanksiyalar elan etdikdən sonra Rusiya öz enerji daşıyıcıları üçün başqa bazarlara üz tutub və hətta Çinin əsəs təchizatçısı olan Səudiyyəni ikinci pilləyə endirib.

Moskva və Pekin arasında maliyyə bağları da intensivləşib.

Dekabrın 30-da Rusiyannın Maliyyə Nazirliyi ölkənin Milli Sərvət Fonunda saxlanan vəsaitin yuanla ifadəsinin 60 faizədək artırılacağını bildirib.

Putin beləliklə də ölkə iqtisadiyyatını “dollarsızlaşdırmağa” və ABŞ, Britaniya və Yaponiya kimi “qeyri-dost” ölkələrdən maliyyə asılılığını azaltmağa çalışır.

Sinin daha təmkinli mövqeyi

Moskva Tayvan məsələsində Çinin mövqeyini açıq şəkildə dəstəkləyib və Qərbi daha bir münaqişə qızışdırmaqda ittiham edib.

Putin Siyə deyib:

24 saat” “
Pekin və Moskvadan Si və Putinin söhbətinə fərqli yozum
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button