2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Penitensiar Xidmət Polad Aslanovun şikayətini araşdırır

Bakı/20.01.22 Ötən gün Penitensiar Xidmətin daxili araşdırmalar şöbəsinin nümayəndəsi həbsdə aclıq edən jurnalist Polad Aslanova baş çəkib. O 1 saylı koloniya əməkdaşlarının jurnalistə fiziki və psixoloji təzyiqlərilə bağlı Aslanovun   şikayətini yoxlayacaq. Bu barədə Turan-a jurnalistin xanımı Gülmirə Aslanova həyat yoldaşı ilə telefon danışığından sonra bildirib.

Onun sözlərinə görə, koloniya rəhbərliyi digər məhbusları da Polada qarşı qoyub,  ona görə də uzun müddət ciddi psixoloji təzyiq altında olub. Aslanovanın ombudsman aparatına şikayətindən sonra Poladı  tibb məntəqəsinə köçürüblər. Həmin vaxt ombudsman Penitensiar Xidmət rəhbərliyinə məktub göndərib.

“Polad uzun müddət davam edən aclıq səbəbindən xeyli zəifləyib, amma ifadə verə bilib”, – Aslanova deyib.

Saytların yığılması Saytlarin yigilmasi

“Polad Ali Məhkəmədə işə baxılana qədər aclığı davam etdirmək niyyətindədir”, – o qeyd edib.

*Xeberman.com saytının redaktoru Polad Aslanov 16 noyabr 2019-cu ildə İranın xeyrinə dövlətə xəyanətdə ittiham olunaraq 16 il müddətinə azadlıqdan məhrum edilib. “Sərhədsiz reportyorlar” və digər hüquq- müdafiə təşkilatları Azərbaycan hakimiyyətinini Aslanovu azad etməyə çağırıblar. Yanvarın 6-dan işinə yenidən baxılması və Ali Məhkəmədə kassasiya şikayətinə baxılmasının sürətləndirilməsi tələbilə aclıq edir.

Aclığın 9-cu günündə Ali Məhkəmə Polad Aslanovun kassasiya şikayətinə baxılmasını fevralın 3-nə təyin edib. -06B-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button