2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Penitensiar Xidmət Taleh Bağırzadə barədə xəbərləri təkzib edib

‘Taleh Bağırzadənin yoldaşı və atası ilə izahedici söhbətlər aparılıb”

Penitensiar Xidmət Qobustan həbsxanasında saxlanılan Taleh Bağırzadə barəsində işgəncələr verilməsi və onun aclıq etməsi barədə məlumatları təkzib edib.

T.Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə bəzi KİV-ə bildirib ki, onun ərinə təzyiq göstərilir: “Vəkilləri ilə görüş verilmir, telefon danışıqlarından məhrum edilir və bu səbəbdən uzun müddətdir ki, aclıq edir”.
Penitensiar Xidmət bildirib ki, fevralın 12-də həbsxananın rəisi Aftandil Ağayev T.Bağırzadənin atasını və həyat yoldaşını qəbul edib.
“Görüş zamanı onlarla izahedici söhbətlər aparılıb, narahatlığa heç bir əsasın olmadığı diqqətə çatdırılıb. Qeyd olunub ki, Talehə qarşı heç bir hüquqazidd hərəkətlərə yol verilməyib, vəkili və qohumları ilə görüşə, habelə telefon danışıqlarına lazımi şərait yaradılıb”.
Penitensiar Xidmət bildirib ki, T.Bağırzadə özü vəkillə görüşdən və telefon danışıqlarından imtina edib.
“Qohumlarının narahatlığını anlayaraq həbsxana rəisi Taleh Bağırzadəyə xidməti otağında onlar ilə görüşməsi üçün şərait yaradıb. Lakin məhbus otağa girərkən qohumlarının çıxmasını tələb edib. Rəis narazılığının səbəbini soruşduqda

“mən gündəmdə qalmaq istəyirəm, bu, mənim şansımdır” deyib”, Penitensiar Xidmətin məlumatında deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

“Müsəlman Birliyi” Hərəkatının sədri T.Bağrzadənin həyat yoldaşı Leyla İsmayılzadə Meydan TV-yə bildirmişdi ki, Taleh Qobustan həbsxanasında 14 gündür aclığı davam etdirir. 

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button