2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Penitensiar Xidmətin avtomobili şagirdi vurub

Bakıda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə məxsus dustaq aparan zirehli mikroavtobus məktəb şagirdini vurub.

24saat.org  Report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar Yaşayış Massivi ərazisində qeydə alınıb.

Belə ki, 255 nömrəli orta məktəbin şagirdi 2008-ci il təvəllüdlü Nəbiyev Tural Faiq oğlu özündən yaşca böyük bacısını gözləmədən avtobusla təkbaşına evə getmək istəyib.
T.Nəbiyev yolu keçərkən onu “Mercedes” markalı mikroavtobus vurub.

Saytların yığılması Saytlarin yigilmasi

Ağır xəsarət alan yaralı hadisəni törədən sürücünün iş yoldaşlarının köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Uşaq əməliyyat olunub. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisəni törədən “Mercedes” markalı zirehli avtomobil Penitensiar Xidmətinə məxsusdur. Yol-nəqliyyat hadisəsi zamanı avtomobildə dustaq aparılırmış.

Faktla bağlı araşdırma aparılır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button