2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Penitensiar Xidmətin Müalicə Müəssisəsində Saleh Rüstəmova təzyiq göstərilir

Bakı/10.11.21 Gədəbəy rayon İcra Hakimiyyətinin hazırda həbsdə olan keçmiş başçısı Saleh Rüstəmovun səhhətinin normal olduğu bildirilir. O, noyabrın 6-dan aclığa başlayıb. Bu barədə Turan agentliyinə vəkil Bəhruz Bayramov bildirib.

“Saleh Rüstəmov Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb, həkim nəzarətindədir. Mən onunla görüşdüm, Salehi halsız vəziyyətdə gördüm”, deyə vəkil qeyd edib.

Vəkilin sözlərinə görə, Rüstəmovun aclıq aksiyasına başlamasına səbəb icrasına başlanan Amnistiya Aktına düşməməsi, qanunsuz olaraq üç ilədək həbsdə saxlanılması və ailəsinin mülkünün müsadirə edilməsidir. O bildirib ki, bütün hüquqi mübarizələr tükənib.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkilin sözlərinə görə, amnistiya aktında elə xüsusi məqam var ki, bu aktı Rüstəmova tətbiq etmək mümkün deyil.

“Rüstəmov müharibə iştirakçısıdır, prezidentin fərmanı ilə əsir və girov düşənlərin axtarışı üzrə dövlət komissiyasının üzvü olub, Gədəbəy rayon müdafiə qərargahının rəhbəri olub, öhdəsində birinci qrup əlil olan övladı var. O hesab edir ki, Avropa Məhkəməsində də şikayətinə gec baxılacaq. Amnistiya aktı ağır cinayətlərə tətbiq olunmadığından Rüstəmova tətbiq edilməyəcək”.

Bayramovun sözlərinə görə, Saleh Rüstəmov axıradək aclığı davam etdirəcəyini bildirib.

“O, aclığın 10-cu günündən sonra quru aclığa başlayacağını dedi. Dedi ki, ya fiziki cəhətdən ölüb azadlığa çıxacaq, ya da ədaləti bərpa edib azadlığa çıxacaq”, deyə vəkil qeyd edib.

O bildirib ki, Saleh Rüstəmovun azadlığa çıxması əfv fərmanı və ya Ali Məhkəmənin Plenimunun qərarı ilə mümkün ola bilər.

Bu gün həmçinin Saleh Rüstəmovun ailəsindən Turan-a bildiriblər ki, Rüstəmovu cərimə təcridxanasına salıblar.

“Ona qarşı təzyiqlər başlayıb ki, könüllü qida qəbul etməsə, zorla qida qəbul etdirəcəklər. Saleh Rüstəmov deyib ki, aclığı davam etdirməsinə imkan verməsələr intihara cəhd edə bilər”, deyə ailə üzvü bildirib.

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmət və başqa aidiyyəti rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Azərbaycan Milli Məclisi noyabrın 5-də Amnistiya Aktı haqqında qərar qəbul edib. Aktın bütünlükdə 17 minədək insana şamil ediləcəyi, onlardan 3 mininin həbsdən azadlığa buraxılacağı bildirilir.

* AXCP tərəfdarı Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və “AXCP-nin qanunsuz maliyyələşdirilməsi” işi üzrə 7 il 3 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sonradan Ali Məhkəmə cəza müddətini 2 ay azaldıb. -06D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button