2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Pensiya yaşının 65 olması təsdiqləndi

Prezident İlham Əliyev mayın 2-də «Əmək pensiyaları haqqında» Qanuna əlavə və dəyişiklikləri təsdiqləyib. Bu qanuna martın 10-u ölkə parlamentində ümumilikdə 100-ə yaxın əlavə və dəyişikliklər edilmişdi.

Əlavə və dəyişikliklər bu il iyulun 1-dən qüvvəyə minəcək. Dəyişikliklər pensiyaya çıxmaqla bağlı müxtəlif istiqamətlərin yeni qaydada tənzimlənməsini nəzərdə tutur.

Saytların yığılması Saytlarin yigilmasi

Əlavə və dəyişikliklər iş stajı müddətinin artırılmasını nəzərdə tutur. Dəyişikliyə görə, bundan sonra dövlət qulluqçularının pensiyaya çıxmasından ötrü 20, hakimlərdən 15, prokurorluq işçilərindən isə 35 il iş stajı tələb olunacaq.

Digər peşələrə görə isə tələb olunan staj ili müvafiq olaraq 5 il qaldırılır.

İndiyədək pensiyaya çıxmaqdan ötrü dövlət qulluqçularına 15, hakimlərə 5, prokurorluq işçilərinə isə 25 il iş stajı kifayət edirdi.

Dəyişikliklər pensiya yaşının artırılmasını da nəzərdə tutur. Həmin müddəalara görə, kişilərin pensiyaya çıxmaq yaşı hər il 6 aydan bir artırılmaqla 65 yaşa qaldırılır. Qadınların pensiyaya çıxmasında yaş həddi də 2027-ci ilə qədər hər il 6 aydan bir artırılmaqla 65 yaşa çatdırılacaq.

Hazırda qadınların pensiya yaşı 60, kişilərinki isə 63-dür.

Pensiyaların baza hissəsi anlayışı, ümumiyyətlə, ləğv edilir, qanundan çıxarılır. Bundan sonra pensiya məbləği yalnız sığorta hissəsindən ibarət olacaq.

Digər diqqətçəkən dəyişiklik pensiyaçıların ödədikləri məcburi dövlət sosial sığorta haqlarının toplanması qaydası ilə bağlıdır. İndiyədək toplanmış məcburi dövlət sosial sığorta haqqının 50 faizi vətəndaşın, yerdə qalan hissə isə Dövlət Sosial Müdafiə Fondunun hesabında əks olunurdu. Bundan sonra vətəndaşın ödədiyi sığorta haqqının 90 faizi onun hesabında toplanacaq.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button