Loading...
Loading...
Cəmiyyət

Pensiyası kəsildiyi üçün baş həkimin maşınını yandırıb

Şəkidə şok hadisə – Pensiyası kəsildiyi üçün baş həkimin maşınını yandırıb
Şəkidə 34 yaşlı kişinin Dövlət Sosial Müdafiə Fondunun şöbəsini və avtomobili yandırmağa cəhd etməsinin səbəbi bəlli olub.
Yanvarın 25-də günorta saatlarında şəhər sakini, 1988-ci il təvəllüdlü M.Əhmədov DSMF-nin Şəki rayon şöbəsinin pəncərəsinə və vətəndaşa məxsus avtomobilə benzin tökərək bir hissəsini yandırıb.
24 saatxəbər verir ki, yanan “Nissan” markalı avtomobil Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi, 1952-ci il təvəllüdlü Akif Fəxrəddin oğlu Əsədullayevə məxsusdur.
Akif Əsədullayev
Akif Əsədullayev
M.Əhmədov ona ayrılan təqaüdün dayandırılmasına görə Akif Əsədullayevi ittiham edib və bu iddia ilə də hadisəni törədib.
2010-cu ildən psixiatriya xəstəxanasında qeydiyyatda olduğu deyilən M. Əhmədov Yevlax rayonu ərazisində saxlanılaraq şöbəyə gətirilib.
Faktla bağlı araşdırmaların aparıldığı bildirilir.
24 saat” (Pensiyası kəsildiyi üçün baş həkimin maşınını yandırıb)
Gözdən qaçırmayın:  Ukraynada əsir götürülən Əzizin ailəsi danışdı - VİDEO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun