2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Pentaqon: Əfqanıstanda İŞİD-ə qarşı hava hücumunda qrupun iki “yüksək-səviyyəli” üzvü öldürülüb

ABŞ-ın Müdafiə Nazirliyi şənbə günü bildirib ki, cümə günü İslam Dövləti Qrupunun Əfqanıstandakı qoluna hava hücümu qrupun iki mühüm üzvünün ölümü ilə nəticələnib.

“İŞİD-in iki yüksək səviyyəli üzvü öldürülüb, biri yaralıb. Biz mülki vətəndaşlar arasında ölüm hallarının olmadığını bilirik,” Pentaqonun sözçüsü Con Kirbi şənbə günü media brifinqində bildirib.

“Onlar təşkilatçı və vasitəçini itiriblər, biri isə yaralanıb. Bu iki şəxsin artıq Yer üzündə olmamaları müsbət bir haldır,” Kirbi deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Kabil hava limanının önündə baş verən ölümcül partlayışdan 48 saatdan qısa bir müddət sonra ABŞ-ın hərbi qüvvələri cümə günü İslam Dövlətinin Əfqanıstandakı qolu İŞİD-K kimi tanınan İslam Dövləti Xorasan qrupuna qarşı drom hücumu həyata keçirib. ABŞ hücumda ordunun Kabildə ABŞ-a qarşı tələfatlı hücumları planlamağa görə məsuliyyət daşıdığına inandığı insan hədəflənib.

“Pilotsuz hava hücumu Əfqanıstanın Nangarhar vilayətində həyata keçirilib,” ABŞ-ın Mərkəzi Komandanlığının sözçüsü kapitan Bill Urban açıqlamasında bildirib. “İlkin göstəricilər bizim hədəfi öldürdüyümüzə işarə edir. Bizdə mülki vətəndaşların öldüyünə dair xəbər yoxdur.” Hədəf olunan şəxsin Kabil hava limanına hücumun planlaşdırılmasında iştirak edib-etmədiyini bəlli deyil.

İŞİD-K qrupu cümə günü Kabil hava limanının önündə azı 170 əfqanın və 13 ABŞ hərbçisinin ölümü ilə nəticələnən intiharçı bomba hücumunun məsuliyyətini üzərinə götürüb.

Dövlət Departamentinn vebsaytında yerləşdirilən bəyanata əsasən, ABŞ Səfirliyi cümə günü ABŞ vətəndaşlarına təhlükə təhdidləri səbəbilə Kabil aeroportundan uzaq durmağa və hava limanını dörd girişi yaxınlığında olanları da dərhal oraları tərk etməyə çağırıb.

Ağ Evin mətbuat katibi Cen Psaki cümə günü bildirib ki, ABŞ rəsmiləri Kabildə daha bir terror hücumu “ehtimalının olduğunu” düşünür.

Pentaqonun sözçüsü Con Kirbi cümə günü brifinqdə ABŞ-ın hava limanına qarşı başqa “konkret, etibarlı” təhdidlərin olduğuna inandığını deyərək, “şübhəsiz ki, hazırıq və gələcək cəhdləri gözləyəcəyik” fikirlərini dilə gətirib.

Təhlükəsizliyə təhdidləri amerikalılar və bəzi əfqanların evakuasiyasını çətinləşdirib.

“Hazırda SIV-ləri (Xüsusi İmmiqranq Vizasına sahib insaları) çıxarmaq üçün razılaşdırımış səylər mövcud deyil,” Dövlət Departamentinin rəsmisi Hamid Karzai Hava Limanından Amerikanın Səsinə bildirib. Lakin Departament hələ də yerli səfirlik işçiləri, ABŞ vətəndaşlarını və qanuni daimi sakinlərini çıxarmağa çalışır.

Britaniyanın müdafiə naziri Ben Vallas cümə günü “dərin kədər hissi” ilə elan edib ki, Britaniya Kabildən insanların evakuasiyasını dayandırın və Əfqanıstanda olan Britaniya vətəndaşları və Britaniya üçün işləyən əfqanların ölkədən çıxa bilməyəcəklərini bildirib.

Fransa da Əfqanıstandakı evakuasiya prosesini dayandırdığını elan edib.

Risklərə baxmayaraq, Kabil hava limanının yaxınlığında 100-dən çox insanın ölümünə səbəb olan dəhşətli partlayışlardan bir gün sonra, ölkədən təxliyə uçuşları bərpa edilən kimi Əfqanıstanı tərk etmək isəyən bir çox insan hava limanına qayıtmağa başlayıb.

 

The Wall Street Journal qəzeti cümə günü daha bir terror aktının olacağı ilə bağlı şayiələr yayılandan sonra kütlələrin dağıldığını bildirib. Cümə günü səhər saatlarında bölgəni ziyarət edən Amerikanın Səsinin müxbiri Talibanın hava limanının yaxınlığındakı küçələrə girişi bağladığını və küçələrin əsasən boş olduğunu görüb.

ABŞ Prezidenti Co Bayden hücumlarda əli olanlardan qisas alacağına söz verib.

“Bu hücumu həyata keçirənlər və Amerikaya zərər vermək istəyən hər kəs bunu bilsin: biz bağışlamayacağıq, bunu unutmayacağıq. Sizi tapıb bunun bədəlini ödəməyə məcbur edəcəyik” – deyə, prezident Bayden milli televiziyada yayımlanan çıxışı zamanı qeyd edib.

Bayden cümə axşamı evakuasiyaların avqustun 31-dək davam edəcəyinə söz verib. Evakuasiyalara 20-dən çox müttəfiq yardım edib. Onların çoxu artıq əmaliyyətlarını başa çatdırıb.

“Biz çıxmaq istəyən amerikalıları çıxaracağıq,” prezident deyib.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button