Pentaqon İŞİD-in məhvi üzrə yeni plan hazırlayıb - 24 saat xəbərlər
Now Reading:
Pentaqon İŞİD-in məhvi üzrə yeni plan hazırlayıb
Full Article 30 second read

Pentaqon İŞİD-in məhvi üzrə yeni plan hazırlayıb

ABŞ müdafiə naziri Ceyms Mettis Suriya və İraqda İŞİD-ə qarşı mübarizə planının yeniləndiyini bildirib.

Pentaqon rəhbərinin sözlərinə görə, prezident Donald Tramp İŞİD-in məhvi ilə bağlı taktikanın dəyişdirilməsi ilə bağlı təlimat verib.

Yeni plana əsasən ABŞ İŞİD-ə qarşı gücləndirilmiş kampaniyaya başlayacaq və beynəlxalq koalisiya terrorçuların başqa ölkələrdəki “yuvalarını” da nəzarətdə saxlayacaq.

Mettis qeyd edib ki, yerli güclərin müqaviməti yetərli olmayana qədər ABŞ silahlı qüvvələrinin İraq və Suriyada rolu aktual olacaq.

Gültəkin

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.