2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Pentaqon: Ukrayna Donbassda HIMARS sistemlərindən uğurla istifadə edir

Ukrayna ordusu ABŞ-ın HIMARS çoxsaylı buraxılış raket sistemlərindən istifadə etməklə döyüş meydanında “əhəmiyyətli uğur” əldə edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bildirilir ki, bunu ABŞ Müdafiə Nazirliyinin-Pentaqonun adının açıqlanmasını istəməyən yüksək rütbəli rəsmisi iyulun 1-də jurnalistlərə açıqlamasında deyib.

“Bu, yüksək dəqiqliyə malik, uzaq mənzilli sistem olduğu üçün ukraynalılar diqqətlə seçilmiş hədəflərə sistemli şəkildə dəqiq zərbələr endirməyə qadirdir, Rusiya qüvvələrinin döyüş effektivliyini əhəmiyyətli dərəcədə azaldır”, – ABŞ müdafiə rəsmisi bildirib.

“Wall Street Journal” son iki həftə ərzində ABŞ-ın Ukraynaya bağışladığı dörd HIMARS qurğusundan ilk istifadə edən bölmənin eksklüziv hesabatını dərc edib. Ukrayna hərbçiləri Almaniyada qısamüddətli təlim keçiblər.

Donbassda qüvvələr balansını dəyişməyə başladıqlarını dyən Ukrayna hərbçilərinin sözlərinə görə, onlar Rusiya ordusunun İzyumdakı qərargahı da daxil olmaqla, on mühüm rus hərbi obyektini məhv ediblər.

Əvvəllər onların 80 kilometrə qədər radiusda belə dəqiqliklə və bu qədər məsafəni vurmaq üçün silahları yox idi.

HİMARS-ı atəşə hazırlamaq 2-3 dəqiqə çəkir, raketlər buraxıldıqdan 20 saniyə sonra sistem potensial cavab zərbəsindən yayınaraq yerindən çıxarılır.

O da bildirlir ki, hər biri 155 min dollar olan raketlərlə zərbə endirməzdən əvvəl vurulacaq hədəflər diqqətlə seçilir və onların dəqiq koordinatları müəyyən edilir.

Ukrayna ordusu hazırda daha çox Rusiya ordusunun qərargahlarına, silah anbarlarına və kazarmalarına raket zərbələri endirməyə üstünlük verir.

O da bildirlir ki, Ukrayna daha dörd HIMARS qurğusunu iyulda almalıdır. Almaniya və Böyük Britaniya Ukraynaya üç belə kompleks verməyə hazır olduqlarını bəyan ediblər.

“The New York Times” qəzeti ABŞ hərbi analitiklərinə istinadla yazır ki, döyüş meydanında üstünlük əldə etmək üçün Ukraynaya altmışdan yüzə qədər təkmil reaktiv yaylım atəşi sistemi lazımdır.

Rusiya bu tip silahların Ukraynaya təhvil verilməsini kəskin tənqid edərək, Rusiya ərazisinə zərbə endirmək üçün reaktiv yaylım atəşindən istifadə ediləcəyi təqdirdə sərt cavab veriləcəyini vəd edib.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni “xüsusi hərbi əməliyyat” adlandırır. Bundan başqa “müharibə” sözündən istifadə edənlər, “müharibəyə yox” deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button