Loading...
Loading...
İqtisadiyyat

“Pepsi” və “Coca-Cola”nın rəqabəti davam edir

Tamara Mustafayeva, Banco.az

“Pepsi” və “Coca-Cola” markalarının əzəli rəqib olduqlarını yəqin ki, bilməyən olmaz. İllər ərzində bu iki şirkətin həyata keçirdiyi marketinq kampaniyaları bəzən birini, bəzən də digərini rəqabətdə qabağa çəkib. İndi də növbəti addım “Pepsi” tərəfindən atılıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, “Pepsi” şirkəti “Coca-Cola Zero”nun dadına baxıb bəyənməyənlər üçün sosial media vasitəsilə #MyCokeBreakUp həştəqi ilə fotoşəkil yayımlamalarını istəyib. Bununla da, şirkət sözügedən içkini bəyənməyənlərə “Pepsi” göndəriləcəyini bildirib.

“Pepsi” bu elanı yayımlayarkən olduqca maraqlı üsula əl atıb. Belə ki, sosial mediada viral olmuş və müqayisələrin aparıldığı mövzularda tez-tez istifadə edilən bir fotoşəkildən istifadə etməklə istifadəçilərə həm bu xəbəri çatdırıb, həm də onların üzündə təbəssüm yaradıb.

Instagram

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  Azərbaycanın əksər bankları Rusiyadan pul köçürmələrini dayandırıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button