2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Peru Konqresində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun dəstəyi ilə Peru Konqresində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının yüzilliyinə və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 105-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə “Report” Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Tədbirdə Peru Konqresinin üzvləri, həmin ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ölkəmizin Perudakı səfiri Məmməd Talıbov 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının Azərbaycanın dövlətçilik tarixində əhəmiyyətli rol oynamasından, onun qısa müddət ərzində əldə etdiyi nailiyyətlərdən, həyata keçirdiyi islahatlar və quruculuq işlərindən bəhs edib. Qeyd olunub ki, 1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, hətta öz suverenliyini itirmək təhlükəsi ilə qarşılaşan Azərbaycan, yalnız Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, atdığı praqmatik addımlar sayəsində tarixin bu ağır sınağıdan üzüağ çıxa bilib. Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin davamlı inkişaf yoluna qədəm qoyduğu, bütün istiqamətlərdə möhkəm və etibarlı təməl yaradıldığı, eləcə də ölkəmizin gələcək inkişafı üçün uğurlu konsepsiyalar hazırlandığı vurğulanıb. Məhz Heydər Əliyev dühasının və praqmatik siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycanın iqtisadi inkişafına, ictimai-siyasi sabitliyinə, beynəlxalq müstəvidə nüfuzuna və mövqeyinə görə qüdrətli bir dövlətə çevrildiyinə diqqət çəkilib.

Daha sonra tədbirdə Türkiyə, İsrail və Ukrayna səfirləri çıxış edib, Azərbaycanın gündən-günə artan beynəlxalq nüfuzunun mənbəyində Heydər Əliyevin mükəmməl siyasətinin dayanmasından söz açıblar. Diplomatlar Heydər Əliyevin dünya siyasətinə təsir etmək gücündə olan və qlobal miqyasda təhlillər aparmağı bacaran siyasətçi olduğunu, öz ölkələrində də çox sevildiyini və görkəmli dövlət xadimi kimi yüksək qiymətləndirildiyini qeyd edib, Azərbaycan ilə həmin ölkələr arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsində əvəzsiz rolunu vurğulayıblar.

Tədbirdə çıxış edən Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Xose Enrike Xeri hər iki mötəbər yubiley münasibətilə Azərbaycan xalqına və azərbaycanlı həmkarlarına təbriklərini çatdırıb, belə tədbirlərin təşkilinin iki ölkə arasındakı münasibətlərin daha da inkişafına öz müsbət töhfəsini verəcəyindən əmin olduğunu bildirib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button